Bacarıqlı İnsanlar Səhər Oyanar Oyanmaz Nə Edir?

0
3775
Bacarıqlı İnsanlar Səhər Oyanar Oyanmaz Nə Edir?

 

"Uğur qazanmaq istəyirəm" deyirsiniz, ancaq səhərlər yataqdan qalxmaqda çətinlik çəkirsiniz. "Necə uğurlu olaram"? sualının cavabı adətən müvəffəqiyyət qazanmış şəxslərin hekayələrindən ilham almaqdan keçir. Bu yazıda Amerikalı bacarıqlı sahibkarların səhər rituallarını oxuyaraq, siz də səhərlər erkən qalxmaq və günün nəbzini tutmaq üçün lazım olan ilhamı tapacaqsınız.

Mark Zuckerberg, Facebookun yaradıcısı və banisi, Sərvət: 22.3 Milyard Dollar
Əgər bir əvvəlki gün gec saatlara qədər çalışmayıbsa saat 8:00-də qalxır.
Paltar seçməklə vaxt itirməmək üçün həmişə eyni boz gödəkcəsini geyinir.
 
Uğur şparqalkası: "Heç vaxt soyuqqanlı biri olmadım, olmağa da çalışmamışam"

Arianna Huffinqton, Huffinqton Postun qurucusu, Sərvət: 23 Milyon Dollar
Gözəllik yuxusuna dalır və hər səhərə 30 dəqiqəlik bir dərin düşünmə seansından sonra günə başlayır.Dərin düşüncənin həyatındakı müsbət təsirinə o qədər inanır ki, əməkdaşları üçün də həftəlik dərin düşünmə dərsləri verir.
 
Uğur sparqalkası: "Yata-yata müvəffəqiyyət qazanacaqsınız". Bu sözü mənasını açaq, Arianna Huffinqton günümüzdə tipik bir peşəkarın kifayət qədər yata bilmədiyini düşünür. Özü gündə 8-9 saatlıq yuxunun ən böyük müdafiəçisi.
 
Riçard Branson, Virgin Qrupunun banisi, Sərvət: 3.2 Milyard Dollar
Riçard Bransonın səhər ritualı hər kəsin imkanının olmayacağı cinsdən: Hər səhər sahibi olduğu adanın ətrafında üzür və ya hava küləklidisə vindserfinq edir. Sonra isə tennis oynayıb, sağlam səhər yeməyi yeyir.
 
Səhər erkən qalxmaq şparqalkası: "Yatanda pərdələri bağlamıram ki, günəşin şüaları gözümə gəlsin. Səhərin erkən saatlarında günəşlə oyanmağı sevirəm"
 
Tory Burch, Tory Burch markasının qurucusu, Sərvət: 627 Milyon Dollar
Səhər 5:45-də qalxır. Dərhal iş e-maillərini yoxluyur. Sonra oğullarını oyandırır və 45 dəqiqəlik idman məşqini edir.
 
Uğur şparqalkası: "Əgər xəyallarınız sizi qorxmutmursa, kifayət qədər böyük düşünmürsüz deməkdir"
 
Jack Dorsey, Twitter-in qurucusu, Sərvət: 1.5 Milyard Dollar
Səhər 5:30-da oyanır. Dərin düşüncəyə dalır. Və sonra 10km qaçır.
 
Uğur şparqalkası: "Gözlənilməyəni gözləyin. Və əlinizdən gəldiyi qədər gözlənilməyən olun"
 
Indira Nooyi, Pepsi co İcraçı Direktoru, Sərvət: 12 Milyon Dollar
Arianna Huffunqton, günümüz peşəkarının mümkün olduğu qədər yatmasını müdafiə edərkən, Pepsi co İcraçı Direktoru Indira Nooyi tam əksini düşünür. Nooyi hər səhər 4:00-də qalxıb, ən gec 7:00-də ofisdə olur.
 
Uğur şparqalkası: "Yuxunun Tanrının bir lütfü olduğunu söyləyirlər. Əgər həqiqətən belə bir lütf varsa, mən buna heç sahib olmamışam"
 
Bu təkliflər sizi planlarınızı həyata keçirmək üçün daha da motivasiya etdimi? Siz də şərhlərdə uğura çatmaq üçün vərdiş halına gətirdiyiniz və ya gətirməyə çalışdığınız şparkalarınızı bölüşə bilərsiniz.
 
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN