Bacarıqlı Tempə Keçmək.

0
2274
Bacarıqlı Tempə Keçmək.

Hər insan həyatı boyunca enişli-yoxuşlu yollarla qarşılaşır. Həyat enişli-yoxuşlu yollarla dolu, sonu bilinməyən  bir yoldur.
Əngəllərlə dolu olan həyat yolunda insanlar yıxılıb-qalxıb irəliləyirlər. Məşhur filosofun dediyi kimi, “Təcrübələr başa gələn hadisələrlə yox, o hadisələrdən nələrin öyrənildiyi ilə ölçülür”
Hər bir insanın bacardığı bir iş vardır. O, mütləq, hər hansı bir sahədə bacarıqlıdır, hər hansısa bir işi mükəmməl bir şəkildə görür. Hər insan hər vaxt uğurlu ola bilməz.
Bir insan bir işi bacaranda girdiyi bacarıqlılıq tempini təqlid edə bilsə, eyni işi təkrar-təkrar bacara bilər.
Fərdi inkişaf proqramlarında bu mövzu üzərində çox durulur. Bir insan daha öncə çox uğurlu olduğu bir işdə daha sonra uğursuz olarsa, o şəxsə uğurlu olduğu andakı ruh halını xatırlaması məsləhət görülür.
Buna uğur tempinə keçmək deyilir. Insan keçmiş uğrunu, bu zaman keçirdiyi sevinc hissini yada salmaqla özünə inamını və uğura olan inamını artırır. Bu tempdə çalışan insan mütləq uğur qazanır. 
Daha əvvəl çox yaxşı gördüyümüz işləri,  bacarıqlı tempə keçərək yenidən görə bilərik. Əsl uğur, uğur tempinə keçə bilməkdən keçir.
 
Tərcümə etdi: Səmra Əsgərli
 

ŞƏRH YAZIN