Dahilərin Motivasiya Edən Sözləri

0
9787
Dahilərin Motivasiya Edən Sözləri

1. “Əlçatmaz arzuların arxasından gedərək, biz qeyri mümkünlərə nail oluruq”
Robert Ardri
2. “Kimki alimliyi və ya zəkası ilə öyünür, demək onun nə alimliyi var, nə də zəkası var”
Ernest Heminquey
3. “Mənim 6 sadiq nökərim var, mən hər şeyimi onlara borcluyam. Onların adı: Kim? Niyə? Nə vaxt? Nə? Harada? və Necə?
Redyard Kiplinq
4. “ Həyatınızın ən yaxşı illəri –yaşadığınız problemlərin günahının yalnız sizdə olduğuna qərar verdiyiniz zamandır – siz daha valideynləri, ekologiyanı və ya prezidenti günahkar görmürsünüz. Siz dərk edirsiniz ki, öz taleyinizə özünüz nəzarət edirsiniz”.
Albert Ellis
5. “İnsanın gerçək təyinatı ömür sürmək deyil, yaşamaqdır”
Cek London.

6. “Mənə deməyin ki, sizin vaxtınız yoxdur. Sizin də vaxtınız Mikelancelo, Loenardo da Vinçi, Tomas Cefferson, Paster Helen Keller, Albert Eynşteyndə olduğu qədərdir”.
Cekson Braun.
7. “Axmaqlıq etmək haqqı şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir”.
Mark Tven
8. “İnsanı məhv etmək üçün çox az şey tələb olunur: onu sadəcə inandırmaq lazımdır ki, onun məşğul olduğu iş heç kəsə gərək deyil.
F.M. Dostoyevski
9. “Heç vaxt səhvlərə işarə etməyin, əgər onları necə düzəltməyi bilmirsinizsə”.
Bernard Şou
10. “Fikir – hər şeyin başlanğıcıdır. Fikirləri də idarə etmək mümkündür. Ona görə də mükəmməlliyin başlıca şərti fikirlər üzərində işləməkdir”.
L.N. Tolstoy
11. “Məni öldürməyən hər şey, məni daha güclü edir”
Fridrix Nitsşe
12. “Ola bilsin ki, bu dünyada sən sadəcə insansan, amma kimin üçünsə sən bütün dünyasan”.
Qabriel Qarsia Markes
13. “Həyat sənin başqa planlar qurduğun vaxt ərzində, başına gələn hadisələrdir”.
Con Lennon
14. “Həyatın məqsədi mükəmməllik axtarışıdır, bizlərdən hər birinin vəzifəsi isə bu mükəmməlliyin bizlərdən hər birində maksimal dərəcədə təzahür etməsinə nail olmaqdır”.
Riçard Devid Bax.
15. “Dahi beyinlər ideyaları, orta beyinlər hadisələri, cılız beyinlər isə inşaları müzakirə edirlər”.
Eleanor Ruzvelt
16. “Öz həyatını yaşamağın yalnız iki yolu vardır. Birincisi sanki həyatda heç möcüzə yoxdur, ikincisi isə sanki bizi əhatə edən hər şey möcüzədir”.
Albert Eynşteyn.
17. “İstədiyin insan olmaq üçün heç zaman gec deyil”.
Corc Eliot
18. “Əgər sən nəyisə fikirləşməyə qadirsənsə, deməli, bunu gerçəkləşdirməyə də qadirsən”.
Uolt Disney
19. “Əgər insan hansı sahilə yan alacağını bilmirsə, onda küləyin hansı istiqamətdən əsməsinin onun üçün heç bir faydası olmur”.
Seneka
 
 
 
Korrektor: Əliyeva Aynur

 

ŞƏRH YAZIN