Əlimdən Gələnin Ən Yaxşısını Edəcəyəm!

0
3147
Əlimdən Gələnin Ən Yaxşısını Edəcəyəm!

Uğur istənmədiyi yerə gəlməz. Məğlub olduğunuzu düşünürsünüzsə, məğlubsunuz. Cəsur olmadığınızı düşünürsünüzsə, qorxaqsınız. Qazanmaq istəyir lakin qazanmayacağınızı düşünürsünüzsə, həqiqətən qazanmayacaqsınız. İtirəcəyinizi düşünürsünüzsə, çoxdan itirmisiniz deməkdir. Dünyaya baxdığınızda, anlayacaqsınız ki, uğur ancaq onu istədiyiniz təqdirdə gələcəkdir. Hər şey insanın beynində  bitər. Qalib gələcəyinizi düşünürsünüzsə, qalib gələcəksiniz. Yüksəlmək üçün yüksək düşünməlisiniz. Bir mükafatı qazanmadan əvvəl özünüzdən əmin olmalısınız. Həyat döyüşünü qazanan hər zaman ən güclü və ya ən sürətli olan deyil. Tez ya da geç qazanan adam, qazanacağına inanan adamdır.     Arnold Palmer
 
Qurbağanın hekayəsi
 
Qurbağalar ölkəsində, çox yüksək bir təpəyə çıxma yarışı keçirilirmiş. Çıxılması istənilən zirvə, həqiqətən də çıxılması çox çətin bir yer imiş.Ölkənin  idmançı, atletik qurbağaları uzun müddət  yarışa hazırlıq üçün məşq edirlərmiş.Və nəhayət yarış zamanı gəlmiş.Çox sayda  qurbağa  bu yarışı izləmək üçün ölkənin dörd bir tərəfindən yarış sahəsinə toplanmışlar. Ancaq tamaşaçılar, bu çətin yarışı heç kimin bitirə biləcəyinə inanmırmış.Başlamaq həvəsi ilə çətin yarışa başlanmış.
 
Qaçış kənarındakı tamaşaçılar, qaçan qurbağalara "Boşuna  qaçma onsuz da bitirə bilməzsən. Qalib gəlməyəcəksən. Ora heç kim çıxa bilməz " deyə bağırırlarmış.Bir müddət sonra qurbağalar;  "Bəli doğrudur, oraya çıxmaq mümkün deyil" düşüncəsiylə bir bir yarışdan imtina edirlərmiş.Nəticədə zirvəyə yalnız bir qurbağa dırmanmış.
 
Ölkənin qabaqcıl mətbuat və nəşr mənsubları, çempion qurbağanın yanına getmişlər.
"Bu çətin yarışı necə qazandınız, bu işin sirri nədir?"  deyə soruşmuşlar, lakin çempion qurbağadan heç bir cavab ala bilməmişlər.Çünki çempion qurbağa, eşitmə əngəlliymiş.
 
Əlimdən gələnin ən yaxşısını edəcəyəm!
 
Uzun və yorucu iş müddəti sonunda,daha yaxşı bir səviyyəyə gəldim və özümə inancım daha da artdı ...
 
Bu qısa müddət içərisində;gecəmi gündüzümə qataraq çalışıb yuxusuz qaldım;həyatdakı hər şeydən qoparaq yalnız və yalnız hədəfimə yönəldim.
 
Daxildən və xaricdən gələn hər cür mənfi təsirdən kimi zaman bəlkə; inancım azaldı,motivasiyasım düşdü.Lakin qorxmadım,
ruhdan düşmədim və vazkeçmədim.Daha da əzmlə,daha da səylə sürətimi bir qat daha artırdım.
 
Bu yolda davam etmə dayanıqlığını göstərərək bütün çətin maneələri aşıb bu günə qədər gəlməyi bacardım.
Bu səbəblə, özümə inanır və özümü təqdir edirəm.İndi özümü daha inamlı,daha əmin,daha rahat,daha sakit,daha diqqətli,daha güclü və daha uğurlu hiss edirəm.
 
Özümə çox güvənirəm.Uğura indi daha yaxınam.Bunu hiss edirəm ...
 
Bunu bilirəm və bu uğuru haqq edirəm.Çünki mən yetərliyəm,Dəyərliyəm,uğurlu olmağa layiqəm.Və əlimdən gələnin ən yaxşısını edəcəyəm! ...
 

Tərcümə etdi: Nərgiz Oqtayqızı

ŞƏRH YAZIN