Hədəf Seçərkən Motivasiya Qurmağın Yolları

Hədəf Seçərkən Motivasiya Qurmağın Yolları

Hədəf seçmək motivasiyanı qurmağın ən önəmli şərtlərindəndir. İnsanın hədəfi varsa, ona çatmaq üçün bütün enerjisi ilə çalışır. Bəs hədəf necə seçilir?

“Necə hazırlanacağını bilmək öyrənənin özünə verə biləcəyi ən böyük hədiyyədir” 

Necə hazırlaşacağını bilsəniz hər kəs hər şeyi ən yaxşı şəkildə öyrənə bilər. Yetər ki, özümüzə uyğun doğru hədəflər seçib, düzgün motivasiya qura bilək. Öyrənərkən qarşılaşdığınız çətinliklərin kökündə bacarıqsızlığınız deyil, daha çox özünüzə olan güvəsizliyiniz var. Özünüzə, öz bacarığınıza güvənməməyiniz sizin gücünüzü, cəsarətinizi və öyrənmə-qavrama səviyyənizi azaldır. Bununla mübarizə aparmaq üçün “öyrənə bilərəm” deməkdən çox, “öyrənirəm” söyləməli və öyrənməyi bütün gücünüzlə istəməlisiniz. Bu günə qədər bacardığınız böyük və kiçik çoxlu işləriniz var. Bunlardan ibarət bir “Bacara bildiklərim siyahısı” hazırlayıb iş stolunuzun üstündən asa bilərsiniz. Bu siyahı motivasiyanızı artıracaq. 

Dərsə hazırlaşmağa başlamadan öncə onun sonunda haraya çatacağınızı, hansı nəticələri əldə edəcəyinizi qabaqcadan təxmin etməyə çalışın. Bu sahədə əgər lazımdırsa, müəlliminizdən də kömək istəyə bilərsiniz. 

Dərsə əvvəlki mövzuları təkrarlayaraq, hazırlıqlı şəkildə başlamağınız lazımdır və bunu adətinizə çevirsəniz çox yaxşı olar. Unutmayın, dərsə ön hazırlıqsız başlasanız, uğursuzluğu gözləyən biri olacaqsınız. Çünki əvvəlki mövzuları bilmədiyinizə görə mövzular arasında bir əlaqə qura bilməyəcəksiniz və nəticədə zamanla dərslərinizdən uzaqlaşacaqınız. 

Aparılan tədqiqatlara görə, xüsusilə yatmadan əvvəl edilən təkrarlar yaddaşda daha qalıcı olur. Buna görə də yatmazdan əvvəl həmin günki dərslərinizi bir neçə dəfə təkrarlayın. Unutma, beynin qısa müddətli yaddaş adı verilən hissəsi çox miqdarda məlumatların saxlanıldığı qarışıqlıqdan ibarətdir. Bu hissənin müəyyən sərhədləri vardır. Buradakı məlumatlar ya unudulur, ya da uzun müddətli yaddaşa köçürülür. Yatdığınızda yaddaşınıza qısa müddətlik də olsa, məlumat daxil olmadığı üçün yaddaş bir müddətlik fəaliyyətini dayandırır. Buna görə də axırıncı məlumatlar daha qalıcı olur. Elə bu səbəbdən yatmazdan əvvəl komputerdə oyun oynamaq yerinə, dərslərinizi təkrarlamaq və tez yatmaq daha faydalıdır.

Heç bir dərs haqqında “bacara bilmərəm” deyə düşünməyin. Heç kim fizikadan, riyaziyyatdan və yaxud digər fənlərdən qorxaraq dünyaya göz açmamışdır. Bu qorxularınızla mübarizə aparsanız, onları qısa müddətdə məğlub edəcəksiniz. 

Özünüz üçün gün rejimi hazırlayın. Bu cədvəli qurarkən əlavə problemlərlə vaxt itirəcəyinizi nəzərə alaraq onlar üçün ehtiyatda boş vaxt ayırın. Planlarınızın qərarlə və elastik olmasına diqqət yetirin. Yəni itirəcəyiniz vaxtı digər dərslər arasında bölərək o vaxt itkisi yox edin. 

Hazırlaşmaqdan qaçmaq çox asandır. Hazırlaşarkən beyninizi məşğul edən, marağınızı dağıdan bəzi məsələlər fikrinizə gələndə, bunlardan həmin dəqiqə əlinizin altındakı kiçik kağızlara yazaraq qurtulmağı sınayın. Xəyallar qurduğunuzda, anlamadan dərs hazırladığınızı hiss etdiyinizdə fəaliyyətinizə ara verin. 

Həftənin sonunda, o həftəki fəaliyyətinizi “Həftəlik Özünü Qiymətləndirmə Cədvəli”ndə qeyd edərək qiymətləndirin. Hazır cədvəllər tapa biləcəksiniz. Lakin bunu özünüz də hazırlaya bilərsiniz. 

Unutmadan qeyd edim aşağıdakı fikirləri də tamamlayın:

Çətinlik çəkdiyim hissələr:............................................................................

Nəticəsini gördüyüm hissələr:.....................................................................

Özümü yaxşı hiss etdiyim vəziyyətlər:.......................................................

Daha çox çalışdığım hissələr:........................................................................

Bu həftəki hədəfim:........................................................................................

 

Tərcümə etdi: Sarah Nəcəf 

 

ŞƏRH YAZIN