Motivasiya Materialları

Motivasiya Materialları

Motivasiyalı olmaq təsəvvür etdiyimizdən daha asandır əslində. Önəmli olan qazandığımız motivasiyanı itirməməkdir.
 
Motivasiyamızı qurmaq üçün ilk öncə nə istədiyimiz mövzusunda dəqiq qərara gəlməliyik. Bir şeyi  istəmək və yaxud düşünməkdən yerinə, nə istədiyinizə dair dəqiq qərar verməyiniz vacibdir.
 
SƏHV- SABAH 10 KİLOMETR QAÇMAĞI PLANLAŞDIRIRAM.
SƏHV- SABAH 10 KİLOMETR QAÇMAQ İSTƏYİRƏM.
DÜZGÜN- SABAH 10 KİLOMETR QAÇACAĞAM!
 
Yuxarıdakı eyni cümlələrin xəbərini-felini müxtəlif mənalarda işlətdim. Planlaşdırmaq və yaxud istəmək bir şeyi etməyin yarısı olsa da, əsla motivasiyanınızı təmin edəcək real faktlar deyildir. Fəqət bir işi edəcəyinizi özünüzə şərtləndirmək o iş üçün lazım olan motivasiyanın xam maddəsidir.
 
BURADA PLANLAŞDIRMANIN VƏ YAXUD ARZULAMAĞIN PIS BIR FIKIR OLDUĞUNDAN BƏHS ETMIRƏM.
 
ƏKSINƏ ARZULAMAĞIN MOTIVASIYAYA TƏSIRINDƏN BIR AZDAN BƏHS EDƏCƏYƏM.
 
Edəcəyimiz işə özümüzü şərtləndirərkən nə şəkildə şərtləndirdiyimizə diqqət etməyimiz lazımdır. Bir işi qorxaraq, vəzifə şəklində görərək və ya məcburi şəkildə şərtləndirsək onun bizim motivasiyamıza heç bir təsiri olmayacaqdır. Kimsə öz işini sadəcə vəzifəsi olduğu üçün görər, kimisi o işi işsiz qalmaqdan qorxduğu üçün edər, kimisə məcburi şəkildə vəzifəsini yerinə yetirər. Bu səbəbdən də işlərin nəticəsi keyfiyyətsiz, hissiz və məqsədsiz bir şəkildə meydanda görünər.
 
Öncəliklə yuxarıda göstərdiyimiz cümlənin xəbərini xatırlayaq.O xəbərin dəqiqliyini, beynimizdə meydana gətirdiyi şərti düşünək. Qaçacağam! Edəcəyəm! Bəli! Planladığınız işi edəcəksiniz! Yaxşı planlaşdırdığınız işi necə edəcəksiniz? Əvvəlcə o işə sevgi ilə yanaşmağınız lazımdır. İstəməyiniz lazımdır. Beyninizin qəbul etdiyi , etmək istədiyiniz işə qəlbən bağlanıb, ona doğru irəliləməyiniz lazımdır.
 
100 SƏHİFƏ HESABATIM VAR, DOSTUM! NƏ SEVGİSİNDƏN BƏHS EDİRSƏN???
 
Bu çıxışınıza qarşı verəcəyim cavablarda cavab verməyiniz lazım olan suallar xüsusiyyətində
 
Hesabatı bitirdikdən sonra özünü xoşbəxt hiss edəcəksən?
Hesabatı bitirmək işinizə pozitiv təsir göstərəcək?
Hesabatı bitirməyiniz beyninizi rahatlatmayacaqmı?
Hesabatı sizdən tələb edən rəhbərlik sizə gülümsəyəcəkmi?
Bir işi başa vurmağın rahatlığını hiss edəcəkmisiniz?
 
Bir işi əldə etdiyinizdə o işdən qorxmaq, gözünüzdə böyütmək yerinə iş haqqında MÜSBƏT düşünün.  Müsbətdüşünmək o işdən alacağınız ləzzəti artırarkən yaranacaq qorxu və sıxıntıların azalmasına şərait yaradar. Müsbət düşünməyi sahib olduğunuz coşğu-sevinc sayəsində yarada bilərsiniz. Yuxarıdakı cavab xüsusiyyətindəki sualların hər biri ayrı bir xöşbəxtlik dalğası. Hər biri beyninizə müsbət və xoşbəxt siqnallar şəklində geri dönəcək. Demək ki, bir işi müsbət sonlandırmaq üçün, o işə müsbət-yaxşı başlamaq işin ən böyük motivasiyasıdır.
 
Belə ki, bir işə motivə olmaq üçün ən vacib materiallarımız, əslində xaricdə olmayan daxilimizdə mövcüd olan vasitələrdir.
 
Müsbət düşünmək
O işi istəmək
O işi sevmək
O işdən qazanacağımız mənəvi duyğular
O işi edəcəyimizə hökm etməkdir.
 
Tərcümə etdi: Sarah Nəcəf

 

 

ŞƏRH YAZIN