Motivasiya Səhvləri

Motivasiya Səhvləri

Motivasiyanın müqəddəs kitabı olsaydı, indi burada yazılanların hər biri günah səviyyəsində hesab edilərdi. Motivasiya səhvləri, işləndikləri hər bir an üçün bağışlanılmaz günahlar səviyyəsindədir. Bu səhvləri etdiyiniz zaman bu səhvlər sizi məhdud bir həyata məhkum edərək, potensialınız, layiq olduğunuz həyatdan aşağı bir həyat yaşamağınıza səbəb ola bilir. Əgər motivasiya mövzusunda doğru addımlar atmaq istəyirsinizsə, bu səhifəni çıxardıb, evinizin bir küncünə çərçivələdib asın və hər gün oxuyun. Aşağıda yazılanlar motivasiya mövzusunda etməməyiniz lazım olan səhvlərdir:

-Hədəfsiz olmaq bir insanın özünə edə biləcəyi ən böyük pislikdir. Enerji konkret bir hədəfə istiqamətlənmədiyi üçün insanı tez yorar və nəticədə daxilə istiqamətlənərək insanı narahat edər. 
-Motivasiyanı, əhval-ruhiyyəni qorumağa zaman ayırmamaq digər vacib bir günahdır. Əgər gün içində motivasiya və əhval-ruhiyyənizi artıracaq hərəkətlərə dəqiq bir vaxt ayırmasanız probleminiz var deməkdir. Komediya filmləri izləyin, zarafatlar edin, gülün, əylənin. 
-Əlaqəni itirmək. Bu günlə gələcək arasındakı əlaqəni təkrar-təkrar qurmaq üçün özünüzü və etdiklərinizi davamlı sorğulayın. Bu etdiklərinizin gələcəkdə dayanmaq istədiyiniz nöqtəylə nə qədər uyğunlaşdığını müəyyən edir. Əgər heç bir faydası yoxdursa, o zaman etdiklərinizi dayandırın.
-Xəyal etməkdən qorxmaq. Daha əvvəl xəyal etdikləriniz reallaşmadımı? Nəhayətində o qədər kədərləndiniz ki, artıq xəyal qurmaqdan imtina etdiniz? Belədirsə, xəyal etməkdən qorxmadığınız bir həyata salam verin. Xəyal etməkdən qorxan, həyatı yaşamaqdan qorxur demək ki. 
-Harada dayanacağınızı bilməmək. Bəzən məqsədlərimizə çatmaq eşqi gözümüzü elə kor edər ki, bir uçuruma doğru getdiyimizi bilmədən irəliləməyə davam edərik. Özünüzü dayandırın və ətrafınıza baxın. Bəlkə də sürətlə gedərkən səhv istiqamətə döndüyünüzü başa düşməmisiniz. 
-Təxirə salmaq. Bilirsinizmi? Sonsuza qədər yaşamayacaqsınız. Anlamadığım bir şey də insanlar niyə uzun yaşamaq üçün bu qədər əziyyət çəkirlər. Bu günü yaşamadığınız hər dəqiqə sizin öləcəyiniz günə əlavə olunmur, təəssüf ki. Vaxtınız getdikcə azalır. Gedin və hər dəfə təxirə saldığınız işi görün. Bunu etmək üçün başqa bir həyatınız olmayacaq. 
-Təcrübədən keçirməmək. İstər mükəmməlliyyətçilik olsun, istərsə də səhv etmə qorxusu, nəticədə bizlər heç bir addım ata bilmirik və motivasiya da bizdən ümidini kəsir. Həyatı təcrübə edin. Dünyaya yaşamaq üçün gəldiniz. Gedin və təcrübə qazanın. Hətta etməyiniz lazımsa səhv də edin. Nəticədə doğruya gedən yolda bir səhvi tapmış olarsınız. 
-Qənaətcil olmaq. Buradakı mənasıyla sahib olduqlarımzı istisna edək, onlara dəyər verməyək demək deyil. Bundan başqa sahib olduqlarının dəyərini bilməyənlər daha artığını əldə edə bilməzlər.  Buradakı ifadə daha yaxşısı olmaq, daha yaxşısını etmək üçün çalışmaq, əlindənkiləri yetərli qədər görməkdir.Bu dünya daha artığını istəyənlər dünyasıdır.
-Duyğuları idarə etməmək. Duyğuları istisna etmək ağıllı olmaq anlamına gəlmir. İnsanları, bir hisslər bütünü olaraq qəbul edib, bunun mümkün qədər fərqində olaraq yaşayarkən, mənfi təsirlərini də görmək və idarə etmək lazım olduğunu ifadə edir.
-Özünü başqaları ilə müqayisə etmək. Başqalarını boş verin. Hər kəsin öz şərtləri və getdiyi yollar fərqlidir. Biz insanlar bir-birimizə oxşasaq da əslində almalar və armudlar qədər bir-birindən fərqliyik. Tək ortaq nöqtəmiz meyvə olmaqdır. Armudlara bir kənara atın və öz almanızı parıldatmağa çalışın. 
-Diqqətini toplamamaq. Nəyə diqqətini toplasan, ondan yaxşı bir nəticə əldə edərsən. Amma bu mənfi və sizi gücsüzləşdirən bir şey olmamalıdır. Daima pozitiv, daima dəqiq və daima tək bir şeyə diqqətinizi toplamalısınız. Və diqqətinizi topladığınız işi ən yaxşı şəkildə təyin edin, enerjinizi istədiyiniz şeyə yönəldin.
-Kənar zərurətlər yaratmamaq. Motivasiya səhvlərindən axırıncısı insanın sadəcə daxili motivasiyasına inanaraq işə başlamasıdır. Burada səhv olan şey, uzun müddətli bir işə başlayarkən özünüzün daxili motivasiyanınızın yanında xarici zəruri motivasiyanı göz ardı etməyinizdir. Daxili motivasiya kövrəkdir və sizi kiçik bir çətinlikdə yarı yolda qoya bilər, birdən enerjiniz tükənə bilər. Bu səbəblə özünüzə başladığınız işdə irəliləmək üçün zərurətlər yaradın və kənar şərtləri köməyə çağırın.
 
 
Tərcümə etdi: Sarah Nəcəf
 

ŞƏRH YAZIN