Motivasiya Seminarı

0
2101
Motivasiya Seminarı

Motivasiya nədir?
Bəzən bir işi görərkən yüksək həvəslə, istəklə, bütün varlığınızla çalışırsınız. Belə anlarda o qədər ilhamla hərəkət edirsiniz ki, sanki qanad taxıb uçacaqsınız. Amma bir çoxlarının həyatında çox kefsiz, ətalət içində, durğun və küskün anlarının da çox şahidi olmuşuq. Birinci halda yüksək performans və məhsuldarlıq müşahidə edildiyini söyləsək də, ikinci haqqında bunun tam əksini deyə bilərik. O zaman niyə hər zaman ilhamlı dəqiqələr keçirməyəsiniz?
Motivasiya kəlməsi, latınca “movere”, yəni hərəkət etdirmə, hərəkətləndirmə kəlməsindən götürülmüşdür.Psixoloji bir amil olan motivasiyanın müxtəlif baxımlardan dəyərləndirilməsi fərqli izahların meydana gəlməsinə səbəb olmuşdur.Aşağıda bunların bəziləri verilmişdir:
1. İnsanların müəyyən bir məqsədə çatmaları üçün öz arzu və istəkləri ilə davranmaları.
2. Təşkilatın və fərdlərin ehtiyaclarını təmin edəcək bir iş mühiti yaradaraq fərdin hərəkətə keçməsi üçün təsirlənməsi və istəklənməsi prossesi.
3. Fərdləri, onların xüsusi tərzlə hərəkət etmələrinə, davranmalarına təşviq edən, özlərindən və ətraflarından qaynaqlanan müxtəlif motiv və motivlərin cəmi.
4. Bir hərəkətin yönü, şiddəti və davamlılığı üzərində tez və dərhal verilən reaksiya.
5. Davranışın necə başlamasıı, davam etdirilməsi, yönləndirilməsi, dayandırılması və bütün bu zaman orqanizmin xüsusi reaksiyası.
6. Bir şeyi etmək istəyidir və edilən hərəkət fərdin ehtiyaclarını ödədikcə bu istək qüvvədə qalır.
7. Motivlərin təsiri ilə hərəkətə keçmə, reallaşdırma prossesidir.
Motivasiyanın önəmi
Motivasiyanın önəmi getdikcə artmaqdadır. Zəmanəmizdə önəmi artmaqda olan motivasiyanın mənası, insanın bir hədəfi gerçəkləşdirməyə yönəlmiş cəhdlərinin sıxlığı, meyllərini və israrını əhatə edir.Əmək motivasiyasının mənasına gəldikdə isə, əmək qruplarının doğru insanlardan təşkil edilməsi, müəyyən bir hədəfə çatmaqda edilən cəhdlərin gücləndirilməsi, yönləndirilməsi və davam etdirilməsi prosesinin effektiv bir şəkildə idarə olunmasını bildirir.Əmək qruplarının motivasiyasını qaldırmaq və idarə etmək aşağıdakı səbəblərdən böyük önəm daşıyır:
- Motivasiyanın effektiv şəkildə idarə edilməsi, qurumların hədəflərinə çatmasında işçilərin potensiallarını ən yaxşı şəkildə istifadə etməsinin mümkünlüyünü təmin etməsidir.
- İşçinin performansını zirvəyə qaldıraraq, insan resurslarından müəyyən edilmiş hədəflər istiqamətində ən yaxşı şəkildə fayda əldə etməyə imkan qazanmaqdır.
-Bundan əlavə motivasiyanın idarə edilməsi, personalın işdən aldığı məmnunluq hissini artırmağı və onların işlərinə sahib çıxaraq bağlılığı artırmağı hədəfə alır.
Bir əmək qrupunun malik olduğu bacarıqlar bütövlükdə o qrupun edə biləcəklərini ən yüksək səviyyədə məhdudlaşdırır. Ancaq bu potensiala həqiqi mənada çatmaq çox çətindir.Bir qrupun motivasiyası isə, bu potensiala qrup üzvlərinin yaxınlaşa biləcəklərini müəyyən etməkdə, dolayısı ilə qrupun performansına təməldən təsir etməkdədir.
Şirkətinizin uğurları sizdən asılıdır!

 
 
Korrektə etdi:Günel Ibadova

ŞƏRH YAZIN