Motivasiya-xoşbəxt və uğurlu olmağımız üçün həyati əhəmiyyət daşıyır. Aşağıdakı ip ucları özünüzü motivə etməyinizə və bunu vərdişə çevirməkdə sizə köməklik edəcəkdir.
Bunlar asan və konkret hədəfə istiqamətlənən tövsiyyələrdir. Tətbiq etmədiyiniz müddətcə dünyagörüşünüzün sərhədlərini keçməyəcəkdir.
1.Hekayənizi yazin
Təmiz bir vərəqə bir iki paraqraflardan ibarət arzu etdiyiniz gələcəyin hekayəsini yazın. Gələcəkdə etmək istədiyiniz işləri, yaşadığınız yeri və nəyi əldə etdiyinizi yazın. Bu sizi həm indi, həm də gələcəkdə motivasiya edəcəkdir.
2.Gələcəyi gözünüzdə canlandirin
Gözlərinizi yumun və özünüzü gələcəkdə hansı işdə görmək istəyirsinizsə, o işi görərkən canlandırın. Sağlam bir şəkildə qaçdığınızı, bağçanızdakı çiçəklərə qulluq edərkən və yaxud işdə olduğunuzu. Məsələn: xəyalınız bir şirkət qurmaqsa, o zaman özünüzü açılış günündə, işçiləriniz, müştərilərinizlə salamlaşarkən xəyal edin. Beləliklə, xəyallarınızı konkretləşdirə bilərsiniz.
3.Keçmişi gözünüzdə canlandırın
Bunu etdiyiniz təqdirdə keçmişdə harada olduğunuzu, nə qədər yol qət etdiyinizi görmüş olacaqsınız. Konkret hədəflərinizə nə qədər çatdığınızı, harada səhv etdiyinizi başa düşmüş olacaqsınız. Bu sizin doğru yolda inkişaf etməyinizə kömək olacaqdır. Bir sürücü təsəvvür edin. O yalnızca irəliyə baxsa və yan güzgülərdən istifadə etməsə o zaman nələrin ola biləcəyini xatırlayın. Zaman-zaman keçmişə nəzər salmaq, ən az sürücünün yan güzgüsünə baxması qədər vacibdir.
4.Böyük düşünün
Gələcəyinizlə əlaqədar böyük xəyallar qurmaqdan qorxmayın. Bu qısa müddətli uğursuzluqlarınıza dözməyinizi asanlaşdıracaq. Maneələr sizi dayandırmayacaq. Çünki sizin gözləriniz əsas hədəfə yönəlib. Uzun bir zamandan sonra sevdiyinizə qovuşacağınızı düşünün, onu vağzaldan götürməyə gedərkən, güclü yağan, sizi yamyaş edən yağış narahat edərmi?!
5.Özünüzü maarifləndirin
Hədəfiniz və ya xəyalınız ilə əlaqədar hər şeyi öyrənin, oxuyun, danışın, dinləyin və sınayın. Əgər yazıçı olmaq istəyirsinizsə, dərs alın, kitablar oxuyun, yazın, digər yazıçılar ilə söhbətləşin, həvəskar fəaliyyətlərə qatılın.
6.Özünüzə nümunə seçin
Daima nəsə öyrənə biləcəyiniz bir şəxs seçin. Bu şəxs sizin hörmət etdiyiniz və onun kimi olmaq istədiyiniz birisi olmalıdır.Hörmət etdiyiniz bir insanı özünüzə örnək götürdüyünüzdə, təkəri yenidən kəşf etməyinizə ehtiyac olmayacaq. Əgər ətrafınızda belə bir şəxs yoxdursa, o zaman məşhur bir lideri, incəsənət və yaxud elm adamını da özünüzə ideal seçə bilərsiniz. O şəxsin özü və etdikləri haqqında bütün məlumatları toplayaraq, hədəflərinizə çatmaq üçün istifadə edə bilərsiniz.
7.Uğur hekayələrini oxuyun
Ətrafınızdakı insanların uğur hekayələrini oxuyun. Gündəlik qəzetlərdə belə sizi ilhamlandıracaq, motivasiya edəcək və hərəkət etməyə sövq edən yüzlərlə kiçik uğur hekayələri var. Kitabxanalar sadə insanların qeyri-adi hekayələrindən bəhs edən bioqrafiyalar və avtobioqrafiyalar ilə doludur. Hamısı sizi uğura yönəltmək üçün rəflərdə gözləyirlər.
8.Motivasiya edici filmlər izləyin
Sizi motivə edən filmlərin siyahısını hazırlayın və kiçik bir arxiv yaradın. Məsələn: Forrest Gump filmini izləmək çox insanı motivə edə bilər. Bilirsiniz ki, bu filmdə İQ səviyyəsi aşağı olan bir şəxs, böyük uğurlara imza atır.
9.Motivasiya edici məlumatlar oxuyun
İstər internetdə, istərsə də kitablarda sizə ilham verəcək və motivə edəcək minlərlə məlumatlar var. İnternetdə gəzişin və arının çiçəklərdən bal topladığı kimi məlumatları toplayın. Bunlar işinizə çox yarayacaq. Çünki hamımızın həyatı şərh etmə şəkli fərqlidir. Həyata fərqli aspektlərdən baxmağınızı təmin edəcək hekayələr belə sizə çox yardım edəcək.
10.Davamli öyrənin
Ən önəmli dərs budur. Ətrafınızdakı dünya haqqında öyrənməyə davam edin və əsla dayanmayın. Sizi maraqlandıran mövzular haqqında oxuyun, dinləyin və öyrənin. Məsələn: verilən bir suala bilmirəm deməkdən ləzzət alın və sonra onu öyrənin. Hər şeylə maraqlanan olun. Çünki maraq elmin müəllimidir. Məqsədlər olmadan, həyatınızda qalıcı dəyişikliklər etməyiniz olduqca çətindir. Aşağıdakı tövsiyyələrdən istifadə etməklə daha təsirli və məhsuldar hədəflər seçə bilərsiniz.
11.Hədəflərinizlə işləyin
Hədəflər ilə əlaqədar ən önəmli ip ucu da məhz budur. Hədəflər həyatınızın bütün sahələrində inkişaf etməyiniz üçün önəmlidir. Əgər hədəfsiz fəaliyyət göstərsəniz, inkişafınızda çətinliklər ilə qarşılaşacaqsınız. İstədiyinizi əldə etmək üçün işinizi şansa buraxmayın. Earl Uilsonun gözəl bir sözü var. Deyir ki: “Uğurmu? Uğur tamamilə şansla əlaqədardır. İnanmırsınızsa, uğurlu insanlardan soruşun.” Hədəflərinizlə işləyin. Onlar sizə uğuru və yanında meyvəsi kimi xoşbəxtliyi gətirəcəkdir.
12.Beyin fırtınası edin
Təmiz bir vərəq və qələm götürün. Rahat bir yerə keçin. Telefonsuz, heç kimin sizi narahat etməyəcəyi bir yerə. Sonra fikirləşin, fikirləşin və təkrarən fikirləşin. Ağlınıza gələn hər fikri yazın. Pulla, şəxsi həyatınızla, kariyeranızla, sağlamlığınızla bağlı bütün hədəflərinizi yazın. Yazınız bitdiyində üzərində işləməyiniz gərəkən çoxlu məqsədləriniz olacaq. Bunlar arasından sizin üçün ən vacib olanlarını seçin.
13.Böyük hədəflər seçin
Hədəfləriniz təsiredici olması üçün onların çətin olması vacibdir. Əgər hədəfləriniz asan olarsa, o zaman motivasiyanız aşağı düşər. Hədəfləriniz reallaşdıra biləcəyiniz olmalı, lakin eyni zamanda sizin mövcud bacarıq və istedadınızı inkişaf etdirə biləcəyiniz qədər də çətin olmalıdır.
14.Özünüzü mükafatlandırın
Özünüz üçün mükafatlar seçin. Hədəfinizə çatdığınızda və ya bunun üçün kiçik də olsa addım atdığınızda özünüzü mükafatlandırın və bunu qeyd edin. Çox işlədiniz və buna layiqsiniz. Ailənizlə restoranda yemək yeyin, kiçik bir səyahətə çıxın və yaxud sizi xoşbəxt edəcək nələrsə edin.
15.Doğru kəlimələrdən istifadə edin
Gündəlik nitqlərinizdə “Bunu bacararam!” və ya “Bir çarə taparam!” kimi müsbət cümlələrdən istifadə etməyə diqqət yetirin. Qurduğunuz cümlələrin sizin psixologiyanız və hərəkətləriniz üzərində son dərəcədə vacib təsirləri olduğunu unutmayın.
16.Fasilə edin
İndi küçəyə çıxın və gəzişin. Çətinlik çəkdiyiniz məqamlarda fasilə etməyi bacarın. Bu sizin hadisələrə fərqli baxış bucağından baxmağınıza səbəb olacaqdır. Məsələn: həyat yoldaşınızla probleminizmi var və yaxud müdiriniz sizin xoşunuza gəlməyən fikirlərmi səsləndirdi, tez qarşılıq vermədən uzaqlaşın. Bir az fasilə edin, ətraflıca düşünün və ondan sonra hərəkətə keçin.
17.Reaksiya vermədən əvvəl iki dəfə fikirləşin
Qərar vermədən öncə səbəbiylə birlikdə, hərəkətiniz haqqında da düşünün. Əgər bir işçiniz sizə də təsir edəcək səhv addım atıbsa, tez qışqır bağır salmayın. Ən doğru addım üzərində düşünün. Bunu iki dəfə edin və bundan sonra reaksiya göstərin. İki dəfə dinləyib, bir dəfə danışmağımız üçün, iki qulağımız və bir ağzımız olduğunu unutmayın.
18.Reaksiya və cavablandırmaq
Bu iki söz xoşbəxt, istəkli, pozitiv insan ilə kədərli, neqativ, bədbin insan arasındakı fərqdir. Həyatda sizi birbaşa və ya dolayı yolla təsirləndirəcək hadisələr olduğunda bunu cavablandırın. Yəni, o hadisə haqqında düşünün, çıxış yolunu axtarmağa çalışın. Əgər reaksiya versəniz səbəblərinin üzərindən keçmiş və o ankı hadisəyə adapte olmuş olarsınız. Nəticədə daha artıq çətinlik və ümid puçluğundan başqa əlinizə heç nə keçməz. Reaksiya verməyin, cavablandırın.
19.Sahib olduqlarınızın dəyərini bilin
Ətrafınıza baxın və sahib olduğunuz şeylərin nə dərəcədə dəyərli olduğunu düşünün. Dostlarınız, ailəniz, kariyeranız, eviniz və yaxud başqa bir şey. Bunlar belə özü özlüyündə xoşbəxtlik mənbəyidir. Pis şeylərin həyatımıza necə girdiyinin mənası yoxdur. Biz sahib olduqlarımız üçün şükür etməliyik.
20.Hər zaman xoşbəxt olmağa məcbur deyilsən
Bəzən özümüzü pis hiss etməyimizin heç bir pis tərəfi yoxdur. Hər zaman pozitiv, enerjili, gülərüz olmaq məcburiyyətində deyilik. Nələrinsə yolunda getmədiyi, özünüzü yaxşı hiss etmədiyiniz günlər də olacaqdır. Dərd etməyin, problemlər gələr və keçər
Tərcümə etdi: Sarah Nəcəf