Motivasiyanı Təmin Etmək - I Hissə

0
1323
Motivasiyanı Təmin Etmək - I Hissə

Bəzən motivasiyanı təmin etmək şagirdlər üçün çətin olur. Ancaq dərs mövzusunda bəzi vərdişləri əldə etdikdə insanın öz-özünü necə asanlıqla motivasiya edə biləcəyi ortaya çıxır. Bu da motivasiyanı təmin etmək üçün ilk 10 qayda:
1.Məqsədlərinizi dəqiqləşdirin.
2.Özünüzə çata biləcəyiniz bir hədəf seçin.
3.Məlumat çatışmazlıqlarını təsbit edin.
4.Əyləncəni sonraya saxlayın.
5.Nizamlı və intizamlı dərs oxumaq vərdişi əldə edin.
6.Dərs oxumaq istəyinin gəlməsini gözləmədən məsuliyyət duyğunuzu ortaya çıxarın və qətiyyətlə dərsə başlayın.
7.Hədəfinizə çata biləcəyinizə olan inancınızı itirməyin.
8.Ortaya çıxa biləcək ani dəyişikliklərə hazırlıqlı olun və planınızı bu dəyişikliklərə görə dəyişdirin.
9."Dərs oxuyacağam" kimi ümumi bir məqsədlə deyil, hansı dərsin, hansı mövzusundan, nə cür (mövzu,test ,təkrar) bir iş edəcəyinizə qərar verərək açıq və dəqiq məqsədlər qoyun.İşin fiziki şərtlərini yerinə yetirin. 
10.Fiziki ehtiyaclarınızı dərs çalışmağa başlamadan əvvəl qarşılayın. 
 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN