Motivə Ola Bilmirəm

Motivə Ola Bilmirəm

Motivasiya dövrümüzdə bir çox insanın ortaq problemidir. Xüsusilə analar, atalar və müəllimlər uşaqları motivə edə bilmədiklərindən, uşaqlar isə dərslərində uğurlu ola bilmədiklərindən şikayətçidirlər. Vəziyyət belə olduqda da uşaqlarla böyüklər arasında anlaşılmazlıqlar, xüsusilə ünsiyyət problemləri meydana çıxır. Uşaqlar motivə ola bilmədiklərinə görə istədikləri uğuru əldə edə bilmirlər. Bunun nəticəsində də müəllimlərindən və valideynlərindən mənfi rəyləri qəbul etmək məcburiyyətində qalırlar.

Yaxşı, bəs nə etməliyik? Hər kəsin şikayət etdiyi motivasiya, yəni diqqətin dərsdə olmamağı problemi necə həll olar? Öncəliklə problemin kökünə enmək lazımdır. Yəni problemi kimlər yaşayır? Təbii ki, övladlarımız. O zaman övladlarımız, yəni şagirdlərimiz nə etməli ki, böyük bir istəklə dərsləri ilə maraqlansınlar? İndi də bu suala cavab verək.

Motivasiyaya fərdin öz daxilində duyduğu güclü bir istək olduması kimi tərif vermişik. Yəni istəyin nə qədər güclüsə, bir o qədər də motivə olursan. Məsələn “kinoya getmək” kimi bir istəyin varsa, əvvəl axır vaxt tapıb gedəcəksən. Əslində diqqət etsək həyatımızdakı bütün işlər üçün eyni vəziyyət olduğunu başa düşərik. Yəni, birinci addım “istəmək”dir. Fransız atalar sözündə deyilir: “Bir atı məcburən gölə götürə bilərsən, amma ona məcburən su içirdə bilməzsən”. Bu atalar sözünü bizim dilə çevirsək: “Məcburiyyətlə gözəllik olmaz”.

“Dərs hazırlamağa başlamamaq” problemini yaxın hədəfi kiçildərək həll edə bilərsiniz. Məsələn: Universitetə hazırlaşırsan və bunun üçün mütləqdir ki, hər gün dərs oxuyasan, test işləyəsən. Buna sərf etdiyin müddəti kiçik parçalara bölərək, sən dərslərini vaxtında hazırlaya bilərsən. Dayanmadan dərs hazırlamaq, iri çörək tikələrini dayanmadan yeməyə bənzəyir. Necə ki, o çörək tikələrini yeyəndə həzm prosesində problem yaranacaq, eləcə də dayanmadan dərs hazırlasan təbii ki, tez yorularsan. Ona görə də dərsi də yemək kimi kiçik parçalara ayırmağın lazımdır.

“Başlaya bilməmək” sözünə ən yaxşı əks təsir nəyisə gözləmədən başlamaqdır. Fasilə vermədən dərslərini hazırlamağa başla.

Dördüncü addım “gözləməməkdir”. Yəni tez iş başına keçməkdir. Motivasiya ola bilməyənlərin çoxu ilham gəlməyini gözləyirlər. Amma unudurlar ki, ilham musiqiçilərə, rəssamlara gəlir. O şəxslərə də hər dəqiqə ilham gəlmir. İstənilən, arzu edilən, sevilən əsərlər üçün ilham astaca və səssiz gəlir. Nə qədər ki, televiziyada gözəl bir verliş gedir, kompyuteriniz, bahalı telefonunuz yanınızda, sizə mesajları ilə yaxın dostlarınız yanınızdadır, o zaman ilham sizə yaxınlaşmaz.

Demək ki, şagirdlərin dediyi kimi “dərs hazırlamaq istəyinin oyanması, dərs hazırlamağa başlamaq və bunu davam etdirmək= uğur” düsturda dəyişiklik aparmalıyıq. “Dərs hazırlamağa başlamaq, davam etdirmək, dərs hazırlamaq istəyinin oyanması=uğur.”  Bu düstur uğurun düsturudur.

Bu sistemin işləməsi üçün hansı dərsdə ki, daha uğurlusan, hansı dərsi ki, daha çox sevirsən, dərs hazırlamağa ondan başlamaq lazımdır. Beləliklə, dərsdən yorulmaq halları da azalmış olar.

Beşinci addımda isə “yox” deməyi bilməkdir. Hər şeydən öncə özünüzə yox deməyi bacarmalısınız. Yəni tənbəlliyinizə, sizi tənbəlliyə sövq edən, dərs hazırlamaqdan uzaqlaşdıran, dostlarınız kimi görünüb, amma sizi qazanacağınız uğurlarınızdan, elmdən uzaqlaşdıran dost dəvətlərinə, vaxt itkisi olan televiziya verlişlərinə, internetə, kompyuterinizə yox deməyi öyrənməlisiniz. Seçimlərinizdə öncəliyiniz dərsləriniz olmalıdır. Hər biriniz özünüzün köklü uğur prinsiplərinizi müəyyən etməlisiniz. Öncə dərs, sonra digər məşğuliyyətlər.

“Uğurlu olmaq” işləməyi sevməklə mümkündür. İşləməyi sevmək üçün də uğurlu olmağı gərçəkdə və ürəkdən istəmək lazımdır. Əgər keçmişə dönüb baxdığınızda “kaşkilərin” yerinə “yaxşı ki, etdimlər” olsun istəyirsinizsə, o zaman özünüzə və sevdiklərinizə qarşı məsuliyyətlərinizi zamanında və olması gərəkdiyi kimi etməyiniz lazımdır.

Unutmayın, motivasiyam yoxdur adlı problemi yaradan bizik, bunu həll etmək üçün də sehirli bir vasitəyə ehtiyacımız yoxdur. İlk öncə bunu problem olaraq qəbul etməyimiz və qurtulmaq üçün niyyət etməyimiz lazımdır. Ən axıra isə yuxarıda sadaladıqlarımızı sırası ilə edin və problem həll olunacaq.

 

Tərcümə etdi : Sarah Nəcəf

ŞƏRH YAZIN