Bu dünya bir dağdır, Etdiklərimiz isə səs; Səs əks-səda verər, Yenə bizə geri gələr...
Ədəbsiz, yalnız özünə pislik etməz; bütün ətrafa od salar. Su, göy, ədəb üzündən işıqlarla dop-dolu bir hala gəlmişdir; Mələk ədəb üzündən günahdan islah olunub, təmiz olmuşdur.
Nə vaxta qədər dünyanı zəbt edəcəm, varlığımla bu dünyanı dolduracam deyəcəksən? Dünya, başdan başa qarla dolsa da günəş bir baxdı mı, hərarətlə hamısını əridib gedər.
Ulu bir insanın süfrəsi başında, ona qarşı pis gümanda olmaq, hərisliyə cəhd etmək bir təhqirdir.
Hirs ilə istək, insanı çəpgöz edər; Canı doğruluqdan ayırar.Kin gəldi mi hünər örtülər; Könüldən yüzlərlə pərdə gələr də gözün önünə çəkilər.
Tovuzquşunun da düşməni ayaqlarıdır. Neçə padşah vardır ki gücü qüvvəti öldürmüşdür onu.
Torpaq əmindir; Ona nə əkərsən xainlik etməz, onu biçərsən.Yaz fəsli, Allah fərmanını gətirmədikcə torpaq gizli şeyləri meydana çıxarmaz
Gözünə görüş gücü verdi mi, gözündə bu aləm kimi yüzlərlə aləm peydahlanar. Sənə görə bu dünya çox böyükdür, sonsuzdur amma bil ki Allahın gücünə qarşı bir zərrə belə deyildir.
TƏRCÜMƏ ETDİ KAMİLLA BAYRAMLI