Müsbət Enerjinin Sirri: İstəyin ,Xəyal Edin Və İnanın

0
3150
Müsbət Enerjinin Sirri: İstəyin ,Xəyal Edin Və İnanın

Gündəlik həyatımızda daha uğurlu olmaq, sağlamlığımızı itirməmək və ya qazanmaq, insanlarla yaxşı münasibət qura bilmək, özgüvənimizin artması həmişə içimizdəki müsbət enerjini ortaya çıxarmaqla əlaqəlidir.

Təsəvvür edin, çiyinləriniz və qollarınız aşağıdır və bir addım belə atmaq istəmirsiniz amma həmin gün ediləcək o qədər çox iş var ki! Güzgüyə baxın, yavaşca arxaya gərilin, dərin bir nəfəs alın. "Bir az canlanmaq lazımdır" deyin. Çiyinləriniz indi daha dik, baxışlarınız isə daha canlıdır. Məhz bu vəziyyətdə siz müsbət enerjinizi hərəkətə keçirmiş olursunuz.
 
İnsan mükəmməl bir enerji potensialına malikdir. Əgər o  bu potensialı ortaya çıxara bilsə bir çox problemin öhdəsindən gələr və daha böyük uğurlara da nail olar. İnsanoğlu doğuşdan öz enerjisini özü yönləndirə bilən mükəmməl bir sistemə sahib yaradılmışdır. Bununla yanaşı insanın  bu enerjini necə və harada istifadə edəcəyini bilməsi üçün zehni bir hazırlığa yəni idraki və ruhi təchizata sahib olması lazımdır. Enerjinin ortaya çıxarılması qədər yerində istifadə edilməsi də əhəmiyyətlidir. Bəzilərimiz son dərəcə enerjiliyik lakin bu enerjini uyğun yerə yönləndirə bilmədiyimiz üçün enerji faydasız olur. Bu vəziyyət isə narahatlığa  səbəb olur. Məhz buna görə də enerjini uyğun şəkildə istifadə vərdişi qazanmaq  lazımdır.
 
Hamımız adətən bir çox işi düşünmədən avtomatik olaraq edirik. Bizi buna vadar edən, gündəlik vərdişlərimizdir. Bununla yanaşı bəzi anlar var ki, orada öz iradəmizi istifadə etməməli, müsbət enerjimizi ortaya çıxarmamalı və daha çox enerji sərf etməməliyik. Bu o deməkdir ki, varlığımızın çıxarmağa vərdiş olduğu miqdar o vəziyyətin öhdəsindən gəlməyimiz üçün kifayət etmir. İnsanoğlu  özünü proqramlaya bilən və dəyişdirilə bilən varlıqdır. Lakin biz bu sərhədi bilmirik. Bu səbəblədə bildiyimiz ölçüdə beynimizi və duyğularımızı daha çox enerji istehsal etmək üçün hazırlamamız əhəmiyyətlidir. Müsbət enerjini çıxara bilmək üçün bunlar lazımlıdır: Bir şeyi istəmək, nəticəni xəyal edə bilmək və edə biləcəyimizə inanmaq.
 
MÜSBƏT ENERJİ UĞUR QAZANDIRIR!
 
Təhsil həyatımız boyu davam edir. Stress zehində düşüncə pozğunluqlarına gətirib çıxararkən təhsildə məhsuldarlığı azaldır. Müsbət enerji, həyata müsbət baxan, inanan və bacarmaq istəyən, öyrənmək üçün bir məqsədi olan kəslərdə daha çoxdur. Bu da təbii olaraq uğur qazandırır. İş həyatında adətən sosial, enerjili adamlar daha uğurlu olurlar. İş bağlı insanlar isə müvəqqəti bir uğur əldə etsələrdə  sağlamlıqları yol vermədiyində  bu uğursuzluqla əvəz olunur. Müsbət enerjisini istifadə edən, insanlarla gözəl dialoq və ünsiyyət quran kəslər daha qərarlı bir uğura imza atırlar. 
 
ÇƏTİNLİKLƏRƏ QALİB GƏLİRLƏR!
 
Təbii fəlakətlər, bəzi xəstəliklər, ölümlər, qəzalar, həyatın bir hissəsidir. Bununla birlikdə insan həyatda məqsədini və sərhədlərini bilərək həyata nə qədər müsbət yanaşarsa, müsbət tərəfləri daha çox görər və öhdəliklərinin fərqində olarsa çətinliklərlə daha asan başa çıxa bilər. Bu halda uğursuzluqdan sonra yaşanan stress pozğunluğu ya heç görülməz ya da daha asan bərpa edilər. Bu kimi vəziyyətlərdə professional kömək və tibbi müalicə alınarsa daha qısa müddətdə nəticə əldə olunar. İnsan müsbət enerjisini ortaya qoyaraq, yəni hadisələrə ümidlə yanaşaraq və yaxşılaşacağına inanaraq xərçəng kimi ciddi xəstəliklərə də qalib gələ bilər. Müsbət enerji infeksiya xəstəliklərinin müalicəsini də asanlaşdırır.
 
Tərcümə etdi:  Nərgiz Oqtayqızı

ŞƏRH YAZIN