Özünü Motivasiya Etməyin Yolları

Özünü Motivasiya Etməyin Yolları

Sanq H. Kim “özünüzü və başqalarını motivə etmə” adlı kitabında motivasiyanı belə izah edir: “motivasiya bir ehtiyacı aradan qaldırmaq üçün lazım olan davranışları başladan bir qüvvətdir.” Yəni motivasiya: “Bir işi (tapşırığı, dərs hazırlamağı, yazı yazmağı, kitab oxumağı və.s) edə bilməyimiz üçün daxili aləmimizdə hiss etdiyimiz, bizi hərəkət etməyə sövq edən güclü istəkdir.  Dərs etməyə başlaya bilməmək, imtahanlara hazırlaşmamaq, tapşırıq etməmək, məktəbə və yaxud universitetə getmək istəməməyin ən böyük səbəbi moitasiya əskikliyidir. Yəni niyə dərs etməlisiz? Niyə tapşırıq yazmalısınız? Suallarına daxildən gələn və sizi hərəkətə sövq edən tərzdə cavab tapmamağınızdır. 

Özünü Motivasiya Etməyin Yolları:

1.İşlərinizi təxirə salmayın:

Dərslərinizi, tapşırıqlarınızı vaxtı vaxtında edin. Beləliklə, işlər çoxalmayacaq və siz acizlik duyğusuna bürünməyəcəksiniz. Bəhanə düşünməyəcəksiniz. Uğurlu olacaqsınız və bu da sizə güvən duyğusu qazandıracaq. Ən önəmli motivasiya mənbəyi çox gümanki “uğuru dadmış” olmaqdır.

2.Şüar olacaq sözlər tapın:

Sözlər insanları motivə etmək məsələsində olduqca önəmlidir. Sizləri uğura çağıracaq, hərəkətə keçirəcək şüar sözlər tapın, bunları dəftərinizə, kitabınıza, otağınıza daim görə biləcəyiniz yerlərə yazın və yaxud asın. Bu da sizə şüar ola biləcək sözlər:

“Ümidlə səyahət etmək, gedəcəyin yerə çatmaqdan daha maraqlıdır.” Robert Luis Stevenson

“Yetəri qədər səbəbiniz varsa, hər şeyi edə bilərsiniz.”Cim Rohn

“Ya ümidsizsiniz. Ya da ümid sizsiniz. Ya çarəsizsiniz. Ya da çarə sizsiniz.”Behçet Necatigil

“Onların arxasından gedəcək cəsarətiniz varsa, bütün Özünü Motivasiya Etməyin Yolları gərçəkləşə bilər.” Walt Disney

“İnsana baş verənlər deyil, o insanın içində baş verənlər önəmlidir.” Louis Mann

“Küləyin necə əsdiyi maraqlı deyil. Maraqlı olan yelkənlərinizi necə açdığınızdır.” Vera Peiffer

“Həyatda ən böyük əyləncə başqasının bacarmazsan dediyini etməkdir.” Walter Bagehot

“İmkansızlıq yalnız axmaqların lüğətində rast gəlinən bir kəlmədir” Napoleon 

 “Möhtəşəm işlər ancaq daxilində nəyinsə şərt üzərində olduğuna inanma cəsarəti göstərən şəxslər tərəfindən edilmişdir”

Brus Barton

“Zirvələrdə qartallar da olur, ilanlar da. Ancaq birisi oraya süzərək, digəri sürünərək gəlmişdir.Əsas olan haraya gəlmiş olduğunuzdan çox, haradan və necə gəldiyinizdir.” Cənap Səhabəttin 

3.Uğursuzluqdan qorxmayın:

Uğursuzluq əslində uğura çatmağınıza az qaldığınızın bir işarəsidir. Uğursuzluğa hansı prizmadan baxdığınız çox önəmlidir. Uğursuzluqlara məhv oldum, pərişan oldum deyə baxmayın. Uğursuzluqları əskik nöqtələrinizin var olduğunu və onu aradan qaldırmaq üçün sizə edilən bir güzəşt kimi dəyərləndirin. 

4.Hədəf seçin:

Ən önəmli motivasiya mənbəyi heç şübhəsiz ki, ağıllı və qanunlarına uyğun bir şəkildə seçilən hədəfdir. Hədəfinizə sevdiyiniz şəxsə aşiq olduğunuz kimi bağlanmalısınız. Onu düşünməli, ona çatmaq üçün planlar strategiyalar qurmalısınız. 

5.Özünüzə vaxt ayırın:

Gündlik həyatdakı tədbirlər üçün özünüzə vaxt ayırın. Futbol oynamaq, kinoya getmək üçün planlarınızda vaxtlar ayırın. Beləliklə, işlədiyiniz halda belə özünüzə vaxt ayırdığınızı görəcək, həyatı sevəcəksiniz, əhval-ruhiyyə və motivasiya qazanacaqsınız.

6.Özünüzü mükafatlandırın:

Mükafat ən yaxşı motivasiya mənbəyidir. Özünüzə fəaliyyətiniz sonunda mükafatlar verin. Riyaziyyatdan dərslərimi yazandan sonra, kinoya gedəcəyəm, 40 dəq.  Tarix dərsindən sonra meyvə yeyəcəyəm və.s

7.Maraqlanmaq duyğunuzu inkişaf etdirin:

Hər şeyə maraqla yanaşan insanları ətrafınızda görürsünüz, yəqin ki. Bir vəziyyət və ya hadisə qarşısında görməyən gözləri görər, eşitməyən qulaqları eşidər. Sizdə məktəbdəki və yaxud evdəki dərslərinizə belə maraqla bağlanın.  

 
Tərcümə edən: Sarah Nəcəf

ŞƏRH YAZIN