Bu tip cümlələr çox zaman insana bir gözləmək və yaxud mühakimə olunmaq hissini aşılayır. Hələ üstəlik fikirlərinizin içində nəyisə qarşı tərəfə təlqin etmək istəyiniz varsa, bu vaxt hər şey daha çətinləşər.
“Sən!” li cümlələr çox zaman gözləntilərimizi, qorxularımızı əks etdirməklə bərabər bəzən də öz duyğularımıza bəhanə axtarmaq səbəbimizdir. Yəni əsəbi olan birinin öz əsəbini başqa birisinin boynuna yükləməsidir. Niyə bilirsiz? Çünki əsəbləşdirən qarşı tərəfin atdığı addım olsaydı, o zaman həmişəki reaksiyanı verərdik. Dünən normal qarşıladığımız hərəkətə bu gün başqa reaksiya verməzdik. Buna görə də “sən”li cümlələrin mübtədası hər zaman qarşı tərəf olmaya bilər.
Yaxşı hər zaman belədir?
Əslində “yaxşı ki, varsan” tərzli müsbət istiqamətli sevinclərimizi, xoşbəxtliyimizi də qatarıq sənli cümlələrə.
Və bu pəncərədən baxdığımızda qarşı tərəfə xoşbəxtlik bəxş edərlər.
O cümlələrlə bir növ sən onun ürəyinə toxunursan. Onun sizdəki hallarını göstərəcək güzgü olursan. Və bu güzgüdə özünə baxmasını və bir tərəfdən də öz varlığını yəni gərçək kimliyini dərk etməsinə yardlm göstərirsən.
Hər kəsin həyatında belə rahatlıqla, səmimi, daxildən gələn “sən”li cümlələr qura biləcəyi insanların olmasını arzulayıram. Sanki gülüstan bir bağçaının tozlanmış çiçəklərini, tozlarına baxmadan böyük bir ləzzətlə qoxlamaları kimi bir-birlərinin bəyənmədikləri xüsusiyyətlərinə baxmaqdan çox sevdikləri istiqamətlərə baxıb həyatın dadını çıxartsınlar. Birlikdə həyatı necə gözəl edə biləcəkləri haqqında düşünsünlər.
“Sən”lə başlayan cümlələrinizi ümidlə qurub, sevgiylə bitirsinlər. Belə “sən”li cümlələr təkliyin dərmanıdır.
Bu arada mövzumuzla əlaqəli deyil amma bu müsbət baxışımı və “sən”li cümlələrə yüklədiyim mənanın uşaqca olduğunu düşünənlərə bir sirr verim. İnsanın ən çox dsrıxdığı xoşbəxtlikləər daha çox uşaqlıq vaxtı yaşadığı xoşbəxt anlarla bağlı olur. Buna görə də nə uşaq xasiyyətli olmağı, nə də uşaqlıq illərini gözünüzdən salmayın, onlara alçaldıcı nəzərlərlə baxmayın. Hətta bəzən daxilimizdəki uşağın səsinə diqqət yetirək.
Sən yaxşı, doğru və gözəlsən bir o qədər zərif, bir o qədər özəlsən, yaxşı ki varsan, yaxşı ki eyni zamanda yaşayırıq, çox şanslıyam deyəcək qədər daxildən, səmimi dostlar və dostluqlarınızın olması diləyi ilə...
Tərcümə etdi: Sarah Nəcəf