Smart Məqsəd Necə Olur?

0
2955
Smart Məqsəd Necə Olur?

Nə zaman qarşımıza qoyduğumuz məqsədə çata bilərik? Ya da sualı belə qoyaq. Məqsədimiz necə olmalıdır ki, biz ona çata bilək? Menecmentlikdə smart məqsəd və yaxud ağıllı məqsəd kimi bir ifadə var.

S (specific) – Spesifik və ya konkret
M (motivation) – motivasiyaedici
A (ambition) – ambisiyalı
R (realistic) – reallığa uyğun
T (timed) – müəyyən vaxt üzrə qurulmuş

Ağıllı məqsəd əvvəlcədən planlaşdırıldığı üçün yarımçıq məqsədə nail olmaq kimi sayılır. Əslində gələcək üçün qoyduğumuz məqsədlər biznes planlaşdırılmasından heçdə fərqlənmir. Buda məqsədin düzgün qoyulması üçün məsləhətlər:

Konkretləşmiş məqsəd;
Əgər sizin məqsədiniz avtomobil almaqdırsa, siz onu konkretləşdirməlisiniz. Məsələn: qara rəngdə “tayota- kamri”, içində bu funksiyaları olsun və s.Əks halda qarajınızda köhnə "Moskviç” peyda ola bilər. 

Motivasiyaedici məqsəd;
Məqsədiniz sizi motivasiya etməlidir, əks halda sizdə ona qarşı marağınız tez bir zamanda itəcək. Məsələn: mən bu avtomobili alaraq biznes aləmində yeni bir mərhələyə çıxa bilərəm, həm də çox rahat maşındır və s.

Ambisiyalı məqsəd;
Sizin məqsədiniz ambisiyalı olmalıdır, çünki məqsədinizin xırda olduğu halda,o sizi çətin ki motivasiya etsin və siz bunda çətin ki qurur duya biləsiniz. Və məqsədinizə gedən yolda xırda bir maneə sizi bu yoldan döndərə bilər.

Reallığa uyğun məqsəd;
Məqsədiniz real olmalıdır. Əgər siz kosmonavt olmaq haqda xəyallar qurursunuzsa,siz öz imkanlarınızı da nəzərə almalısınız. Sizin hazırlığınız, sağlamlığınız və s. məqsədinizə uyğundur mu? Məqsədinizin konkret, motivasiyaedici və ambisiyalı olduğu kimi realda olmalıdır.

Müəyyən vaxt üzrə qurulmuş məqsəd;
Əgər məqsədə çatmaq üçün müəyyən vaxt qurulmayıbsa,bu məqsəd yəqin ki, heç vaxt reallaşmayacaq. Bu gün olmadısa, sabah olar, gələn həftə,gələn il və s. kimi ifadələr yəqin tanışdı. İşi sabaha qoyaraq məqsədə heç cür çatmaq olmaz. 
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN