Topla İlluziya

0
2318
Topla İlluziya

Təsəvvür edin həyat bir oyundur.Sən havada beş topla oynamalı olursan.Sən onları belə adlandırırsan- iş,ailə,sağlamlıq,dostlar və mənəviyyat.Sən onların hamısını havada saxlamalısan.Sən tezliklə başa düşəcəksən ki,iş rezin topdur.Əgər sən onu əlindən salsan o,sənin yenidən üstünə gələcək.Ancaq digər dörd top-ailə,sağlamlıq,dostlar və mənəviyyat şüşədən hazırlanan toplardır.Əgər sən onlardan birini əlindən salsan,onlar geri dönməyəcək.Əvvəlki kimi olmayacaq.Sən həyatında balans yaratmağı bacarmalısan.

Necə?
Özünün dəyərlərini digərləri ilə müqayisə edərək özünü sarsıtma.Çünki biz hamımız fərqliyik və hamımız xüsusiyik.
Digər insanların vacib hesab etdikləri şeylərə görə öz məqsədini təyin etmə.Yalnız sən bilirsən,ən yaxşısı sənin üçün nədir.
Sənə ən doğma olan şeyləri verilmiş hədiyyə kimi götürmə.Onlardan həyatın kimi bərk yapış,çünki onlarsız həyat mənasızdır.
Keçmiş və gələcək üçün yaşamaqla həyatının barmaqlar arasından süzülüb getməsinə icazə vermə.Həyatını bütün günlərini bir günün kimi yaşa.
Əldə etməyənə qədər vaz keçmə.Sən hələ cəhd etməyi dayandırmayana kimi heç nə qurtarmış deyildi.
Mükəmməldən daha az olmağını qəbul etməkdən qorxma.Bu sadəcə bizi bir birimizə bağlayan kövrək bir bağdır.
Risk etməkdən qorxmayın.Çünki bu bizə necə cəsarətli olmağı öyrədir.
Sevgini tapmaq çətindir deyib həyatınızı ona bağlamayın.Sevgini qəbul etməyin  ən tez yolu onu verməkdir.Onu itirməyin də ən tez yolu onu həddən çox sıxıb saxlamaqdır.Və onu saxlamağın ən asan yolu ona qanad verməkdir.
Həyatınızı çoz sürətlə keçirtməyin.Çünki siz nəinki harda olmağınızı, həmçinin harda olacağınızı da unudursuz.
Unutmayın ki,insanın ən çox ehtiyacı olduğu hiss qiymətli olmağını hiss etməsidir.
Öyrənməkdən qorxmayın.Bilik yeganə xəzinədir ki,siz onu asanlıqla bir yerdən başqa yerə daşıya bilərsiz.
Vaxtınızı və sözlərinizi diqqətsiz sərf etməyin.Həyat yarış deyil,ancaq səyahətlər yolun hər adımında dadını çıxartmaq üçündür.
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN