Yaratmağın Gözəlliyi

Yaratmağın Gözəlliyi

Həyatımızın bir çox sahəsində məntiqimizə zidd hərəkət etdiyimizi söyləmişik. Kəlimələrin xatırlatdığının əksinə beynimizin hər zaman mənfiliklərdən ibarət olmadığını dilə gətirmiş və beynimizin gözləmədiyimiz cazibəsi olduğuna diqqət çəkmişdik. 

Fərqində olmasaq belə, məntiqə zidd hər davranışın özünü formalaşdıran bir sıra xüsusiyyətlər səbəbi ilə olduğu qənaətinə gəlmişdik. Beynimizin gizli funsiyaları haqqında fəaliyyət göstərən alim Dan Ariely və həmkarlarının söylədiyi kimi, əgər insan beyninin gücünü dərk edərsə, o zaman o həyatı üzərində hakimliyi öz əlinə alar, həyatına dair qərarları özü verər və yaşamı daha gözəl olar. 

Buna görə də bu gün biz həmin bu ağıl xarici hərəklərimiz barəsində danışacağıq. 

İş gücü, sahiblənmə duyğusu və həddən artıq bağışlamaq bunlar hər birimizin xüsusiyyətlərindən olduğunu yəqin ki, hiss etmisiniz. Yaratmağın xoşbəxtliyini yaşamaq və yaradılanı sahiblənmə duyğusu bir başqadır. Barizdir və çox qürurvericidir. Əvvəldən axıra qədər bişirdiyiniz yeməyi və ya dekorisiya etdiyiniz evinizi düşünün. 

Dülgərlik bacarıqlarınız varsa, addım-addım düzəltdiyiniz kitab rəfini və yaxud çəkməcəni, rəssamlıq bacarıqlarınız varsa, çəkdiyiniz çox gözəl bir tablonu  gözünüzün qarşısına gətirin.  Zehninizdə canlandırdığınız hər nə isə yəqin ki, sizin üçün çox dəyərlidir. Yəni bizim demək istədiyimiz odur ki, sizin zəhmət çəkərək etdiyiniz ən sadə iş belə bu sizin üçün dəyərlidir. Çünki o işə vaxtınızı, xəyal dünyanızı, emossiyalarınızı qatırsınız, belə olduqda təbii ki, zəhmət çəkdiyiniz, yaratdığınız iş sizin üçün kənardan alınandan daha dəyərli olacaqdır. 

Ariely, bu irrasional vəziyyəti  “İKEA təəssüratı” adlandırmışdı. Bilirsiniz ki, İKEA  “özün bişir, özün ye” tipli məhsualların Ana Vətənidir. Sual verə bilərsiniz irrasionallıq bəs hanı? Cavab çox sadədir. Ənənəvi yanaşma, insanın minimum əmək sərf etmək üzrə proqramlaşdırılmış olduğunu xatırlatsaq yetər. 

İşə marağı artırmaq üçün daima verilən işi tam başa çatdırmaq lazımdır. Yox əgər iş tamamlanmadısa, o zaman o insanda marağı, sahiblənmə duyğusunu, eyni dəyəri daşımır. 

Yaxşı İKEA təsirinin maraqlı tərəfi nədir? 

BEYNİMİZDƏ OLAN BİR NEÇƏ MÜSBƏT XÜSUSİYYƏTİ YAZAQ

ETDİYİNİZ İŞDƏN LƏZZƏT ALMAQ.

POTENSİALIMIZI YAXŞI İSTİFADƏ ETDİYİMİZDƏ İŞİMİZƏ DAHA ÇOX BAĞLANMAĞIMIZ.

İŞİN SONUNDA ALACAĞIMIZ LƏZZƏTİN BİZƏ İŞ MÜDDƏTİNDƏ MOTİVASİYA VERMƏSİ.

Günlük həyatımızda bacardığımız qədər öz işimizi özümüz görək. Bağımızı təmizləmək üçün bağbana, yemək üçün kənardan sifariş etməyə ehtiyac yoxdur. Öz işini gözünün görməyi insana böyük xoşbəxtlik gətirir. 

Bu gün fərqli nəsə təcrübə etməyə nə deyirsiz?

 

Tərcümə etdi: Sarah Nəcəf

 

ŞƏRH YAZIN