Evdə Jelibon istehsalı

0
3803
Evdə Jelibon istehsalı

Evdə Jelibon istehsalı

Evdə iş quraraq k pul qazanmaq istəyənlər üçün daha əvvəlki yazılarımızda evdə tort, nikah şəkəri və körpə şəkəri istehsalından bəhs etmişdik. İndi də sizlərə çox bilinməyən və rəqabət nisbəti az qala olmayan bir işdən bəhs etmək istəyirik. Evdə jelibon işindən ... Jelibon ayıcıkları bir çoxumuzun favoritidir. Bu zamana qədər jelibon ayıcıkları evdə düzəldərək pul qazanmaq mümkün ola biləcəyini heç düşünməmiş ola bilərsiniz. Ancaq bu olduqca mümkün. Daha sonra bir yoldaş bunu etdi. Silikon buz qəliblərindən istifadə edərək ulduz, ürək, limon dilimi və pinqvin şəklində jelibonlar düzəldə bilərsiniz. Buna əlavə olaraq modul fərqli şəkillərdə silikon buz qəlibləri alaraq növ növ jelibonlar istehsal edə bilərsiniz.

Hazırladığım jelibonları necə sataram?

Hazırladığınız jelibonları ətrafınızda şəkər satan dükanlara, və s. yerlərə sata biləcəyiniz kimi paketləmək  şərtiylə nikah şəkəri və ya körpə şəkəri satan yerlərə də sata bilərsiniz.

Xəbərdarlıqlar

Satışlar mövzusunda lazımlı icazələr ehtiyacınız olub olmadığını axtarın.

Jelibon hazırlamaq asandır

Jelibonlar jelatin və bir az da dadvericinin əlavə edilməsi ilə hazırlanır. Bəli, bu qədər sadə. Lazımlı materialların hamısı bu anda evinizdə belə ola bilər. Avadanlığa gəlincə yalnız qəlibə ehtiyacınız olacaq.

Bəli qəlib. Bu nöqtədə təsəvvürünüzü azad buraxın. Şəkər vəsaitləri satan yerlərdən sıradan şəkər qəlibləri, silikon buz qəlibləri ala bilərsiniz və ya özünüz hazırlaya  bilərsiniz.

Təməl prinsipləri öyrənin və yaradıcı olun

Aşağıdakı təriflə bir buz qəlibində bir neçə dənə jelibon hazırlaya bilərsiniz ancaq ölçüləri asanlıqla artıraraq daha çox şəkər də hazırlaya bilərsiniz. Jlibon etmək asandır və ard-arda bir çox fərqli ləzzətlər hazırlaya bilərsiniz.

Evdə necə jelibon necə hazırlanır?

Tərkibi:

1/3 - 1/2 stəkan soyuq su

1 paket ətirli jelatin

4 paket aromasız jelatin

Hazırlanması

İstiliyə davamlı şüşə ölçü qabına soyuq suyu qoyun. Jelatini suyun üstünə səpərkən bir tərəfdən də rezin spatulayla qarışdırın. Ortaya çıxan qarışıq gil kimi möhkəm bir kütlə olacaq ancaq qarışdırmağa davam edin. Bütün jelatini səptikdən sonra ölçü qabının kənarındakı bütün quru parçaları alın, spatulayı buraxın və yapışması üçün jelatin kütləsinin səthinə basın.

Ölçü qabını streç filmlə örtün və qarışığı on dəqiqə istirahət etdirin. Orta boy bir qazanı yarısına qədər suyla doldurun, ocağı orta atəşdə yandırın və suyu yavaş-yavaş qaynadın. Ölçü qabının üstündəki uzanır filmi qaldırın və ölçü qabını suyun içinə yerləşdirin. Ara sıra və nəzakətlicə qarışdıraraq jelatin kütləsinin əriməsini təmin edin. Qarışıq durulduğunda, ocağın altını bağlayın və qarışığı bir iki dəqiqə gözlədin.

Ölçü qabındakı isti qarışığı diqqətli bir şəkildə qəliblərə tökün. Şərbət çox bərkdirsə çox az daha istilədə bilərsiniz. Şəkərlər soyuduqca kiçilirsə üzərlərinə ikinci dəfə jelatin qarışığından tökün. Qəlibi buzluğa yerləşdirin və 10 dəqiqə gözlədin. Daha sonra soyuducuda da 5-10 dəqiqə gözlədin. Şəkərləri qəlibdən çıxarın və təqdim edin.

Evdə necə pulqazana  bilərəm deyənlər üçün evdə iş imkanlarını və əlavə iş fürsətlərini araşdırmaya davam edəcəyik.

Tərcümə etdi: Azayeva Aynurə

ŞƏRH YAZIN