Həyat Əks-Sədalara Verdiyin Cavabdır

0
4638
Həyat Əks-Sədalara Verdiyin Cavabdır

Bir kişi ilə oğlu  meşədə gəzirdilər. Birdən uşağın ayağı ilişib, yıxılır və ağrıdan “Ahhhh” - deyə qışqırır.
Uşaq qarşıda bir dağın təpəsindən “Ahhhh” - deyə bir səs eşidir və çaşır.
 
Maraqlı gəlir və “Sən kimsən?!” – deyə qışqırır.
 
Aldığı cavab “Sen kimsən?!” – olur.
 
Bu cavaba hirslənib -''Sən bir qorxaqsan!'' – deyə təkrar qışqırır.
 
Dağdan gələn səs: “Sən bir qorxaqsan!” - deyə cavab verir.
 
Uşaq atasına dönüb: “Ata nə baş verir?”- deyə soruşur.
 
“Oğlum” – deyir atası,  “Dinlə və öyrən!” və dağa dönüb “Sənə Heyranam” - deyə qışqırır.
 
Gələn cavab: “Sənə Heyranam” - olur.
 
Ata təkrar qışqırır: “Sən Möhtəşəmsən!”
 
Gələn cavab: - “Sən Möhtəşəmsən!”
 
Uşaq çox təəccüblənir, amma hələ də nə olduğunu anlaya bilmirdi.
 
Atası isə açıqlamağa başlayar:
 
“İnsanlar buna əks-səda deyərlər, amma əslində bu həyatdır. Həyat daima sənə, sənin verdiklərini geri qaytarar. Həyat, etdiyimiz davranışların aynasıdır.Daha çox sevgi istədiyin zaman daha çox sev! Daha çox şəfqət istədiyində daha şəfqətli ol! Hörmət istəyirsənsə insanlara daha çox hörmət et. İnsanların səbirli olmasını istəyirsənsə sən də daha səbirli olmağı öyrən. Bu qayda həyatımızın bir parçasıdır,hər bölməsi üçün keçərlidir.”
 
 
Tərcümə etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN