Külək Sərt Əsdiyi Zaman Yata Bilərsənmi ?

0
12129
Külək Sərt Əsdiyi Zaman Yata Bilərsənmi ?

Gənc bir adam Amerikanın qərbindəki bir fermaya iş üçün müraciət edir. Fermanın sahibi ondan xüsusiyyətlərini soruşduqda gənc adam özünə güvənən bir ədayla belə cavab verir :

"Külək sərt əsdiyində belə yata bilərəm"
Bu söz yaşlı ferma sahibinin fikirlərini çox qarışdırdı, lakin bu ağıllı gəncdən də çox xoşu gəldi, buna görə onu işə götürdü.
 
Bir neçə gün sonra yaşlı ferma sahibi ilə arvadı gecə yarısı çox sərt və şiddətli bir küləklə yuxudan oyandılar. Bir problem çıxma ehtimalına qarşı hər yeri nəzarət etməyə başladılar.
Pəncərə və qapıdakı qıfılların möhkəmcə bağlanıb qarmaqlarının yerlərinə ilişdiyini gördülər.
Qalın ağac kötükləri isə sıra sıra odun sobasının yanına düzülmüşdü. Kənd təsərrüfatı vasitələri etibarlı bir şəkildə çardağa yerləşdirilmişdi. Traxtor qarajdaydı. Tövlənin qapısı düzgün bir şəkildə bağlanmışdı. Hətta içəridəki bütün heyvanlar olduqca sakit idi. Gənc adam isə həmin irəlidəki daxmasında dinc bir şəkildə yatırdı.
 
Elə o anda yaşlı ferma sahibi gənc adamın o gün ona nə demək istədiyini anladı.
 
"Külək sərt əsdiyində belə yata bilərəm"
 
Çünki gənc adam fırtınasız gözəl günlərdə hər hansı bir gün şiddətli bir fırtına ilə fermadakı hər şeylərini itirə biləcəklərini düşünərək işlərini o qədər təmiz və düzgün bir şəkildə etmişdi ki, ən sərt, ən şiddətli fırtına belə əssə yatağında sakitcə yata bilirdi.
 
Bacara bildiklərin deyil, bir gün həqiqətən edə bilmədiyiniz şeylər günəş batdığında sizə baş ağrısı verir.

Tərcümə etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN