Nə Qədər Bacarıqlısansa,O Qədər Müvəffəqiyyət Qazanarsan.

0
9914
Nə Qədər Bacarıqlısansa,O Qədər Müvəffəqiyyət Qazanarsan.

Həyatda heç cür məqsədlərinə çatmadığını düşünən bir adam köhnə dostu olan yaşlı və müdrik bir qocaya baş çəkməyə gedir.Həmin müdrik qoca son dərəcə bilikli və təcrübəli olduğundan,ətrafındakı insanların çoxuna faydası toxunurdu.
Müdrik adam ondan hal-əhval tutduğu zaman:
- Vallah,vəziyyətim elə də yaxşı deyildir.Görürəm ki,etdiyim işlərin yarıdan çoxunda heç bir uğur əldə edə bilməmişəm.Gözlədiyim nəticəni ala bilmirəm və bunun üçün də nə edəcəyimi bilmirəm.
- Buna gorə pis olursan?
- Əfsus ki,bəli.Sizdən məsləhət almağa gəldim.Sizcə, vəziyyətimi düzəltmək üçün nə etməliyəm?
-Sənə tövsiyyəm budur ki,bu gün evinə gedərkən bir kitabxanaya baş çək,”New York Times”ın 1970-ci illiyinin arxivini tap və 930-cu səhifəsinə bax.Ehtiyacın olan məlumatı oradan tapa biləcəksən.
 
Adam müdrikin yanından ayrıldı və dərhal yaxınlıqdakı kitabxanaya getdi.Qəzetin 1970-ci illiyini tapdı və deyilən səhifəni həyəcanla acdı.Amma gözlədiyi kimi olmadı.Ona görə ki,bu səhifədə” baskebol “oyunu ilə bağlı olan statuslardan başqa heç nə yox idi.Həmin illikdə dünyanın ən yaxşı baskebol oyunçuları və onların nəticə göstəriciləri yer alırdı.İllikdə verilən nəticələrə görə birincilik Tu Cobba aid idi.Tu Cobb özünə tərəf atılan hər 10 topun 3.67-sinə  qaytara bilmişdi.
“Baskebol “tarixinin ən məşhur oyunçularından Babe Ruth belə bu nisbətə çata bilməmişdi.
 
Adam bir neçə gün sonra müdrikin yanına gəlib deyir:
-Dediyiniz yerə baxdım.Tu Cobb, 3.67 yazır.
Müdrik adam gülümsəyərək:
- Gördünmü?”Basebol”-da topa cavab baxımından bir nömrəli oyunçu belə 3.67-də qalıb.Bunun mənası nədir?Özünə tərəf gələn hər 3 topun yalnız birini doğru-düzgün səbətə ata bilib .Sən nə umursan ki?
Adam başını yelləyərək:
- İndi başa düşdüm ki,elə də müvəffəqiyyətsiz deyiləm,amma gözləntilərimi məqbul bir səviyyəyə gətirməli ,çatdırmalı olduğumu deyirsiniz.
 
Tərcümə edən:Nəzrin Məmmədova

ŞƏRH YAZIN