Nəyə Dəyər Versən Onu Eşidib Onu Görərsən

0
4839
Nəyə Dəyər Versən Onu Eşidib Onu Görərsən

Bu, insanın dəyər verdiklərinə baxışını izah edən gözəl bir şəxsi inkişaf hekayəsidir. Psixologiyada  seçmək qabiliyyətinin izahında da istifadə edilə bilər.

Bir gün Nyu-Yorkda bir qrup iş yoldaşı, fasilədə çölə çıxır.
Qrupdan biri qızıldərili idi.
 
Yolda gedərkən insan kütləsi, siqnal səsləri, yoldakı iş maşınlarının çıxardığı səs-küy arasında irəliləyərkən, qızıldərili qulağına cırcırama səsinin gəldiyini söyləyərək axtarışa başladı.
Dostları, bu qədər səs-küyün arasında bu səsi eşitməyəcəyini, özünün elə zənn etdiyini söyləyib yollarına davam etdiler.
Aralarından bir dostu inanmasa da, onunla axtarışa davam etdi
 
Qızıldərili, yolun qarşı tərəfinə gedir, yoldaşı da onu izləyirdi. Onlar binaların arasındakı azacıq yaşıllıq arasında həqiqətən də bir cırcırama tapırlar.
 
Dostu, Qızıldəriliyə: "Sənin insanüstü güclərin var.Bu səsi necə eşitdin?" - deyə soruşur.
 
Qızıldərili isə; bu səsi eşitmək üçün insanüstü güclərə sahib olmağa ehtiyac olmadığını söyləyərək, yoldaşına özünü təqib etməsini söyləyir.
 
Səkiyə keçirlər və qızıldərili cibindən çıxardığı dəmir pulu səkidə fırladır.
 
Bir çox insan, pul səsini eşidəndə səsin gəldiyi tərəfə baxaraq, onun cibindən düşüb düşmədiyinə nəzarət edər. Qızıldərili, yoldaşına dönərək:
 
“Əhəmiyyətli olan nələrə dəyər verdiyin və nələri önəmsədiyindir.”
 

ŞƏRH YAZIN