Səhər Tezdən Oyanmaqda Fayda Var

0
2852
Səhər Tezdən Oyanmaqda Fayda Var

Əgər insana xas bir xarakterdisə nə üçün ağlayan kişi “zəif” ağlayan qadın isə “yazıq” görünür? Nəyə görə “qadınlar daha çox ağlayır” deyə bilərik?

Kiçik bir oğlan anasından soruşdu:
- Nə üçün ağlayırsan?
- “Çünki mən qadınam” - deyə anası cavablandırdı.
- “Anlamadım!” – dedi uşaq. 
Anası uşağı qucaqlayıb - “Heç bir zaman anlaya bilməyəcəksən!” – dedi.
Uşaq atasına:
- Ata, anam nə üçün ağlayır? – deyə soruşdu.
Atanın cavabı:
- “Bütün qadınlar səbəbsiz ağlaya bilirlər.” 
Kiçik oğlan böyüdü, yetkin insan oldu, hələ qadınların nə üçün ağladıqlarını kəşf edə bilmədi.
Nəhayət öldükdən sonra cənnətə getdiyində Allahdan soruşdu:
- “Allahım!” - dedi. Qadınlar nə üçün bu qədər asan ağlaya bilirlər?
Allah dedi ki:
"Mən qadınları xüsusi yaratdım!... Bütün həyatın ağırlığını daşıya biləcək qüvvədə olmasına baxmayaraq başqalarına təsəlli verəcək qədər yumşaq çiyinlər bəxş etdim... Doğumun ağrısına olduğu qədər doğduqları övladlarının nankorluğuna dözə biləcək daxili qüvvət verdim. Başqalarının qüvvəti qalmadığında davam edəcək əzmi, ailəsinin xəstəliyində yorğunluğa məhəl qoymayacaq qüdrəti verdim. Hər bir vəziyyətdə və hətta analarını çox pis incitsələr də, uşaqlarını sevmək duyğusu verdim. Bu duyğu da  hər yaşdakı uşaqlarının yaralarını qucaqlamalarına, problemlərini dinləyib paylaşmalarına kömək edir. Ərlərini bütün qüsurları ilə sevmək qüvvətini verdim. Kişinin qabırğasından onları kişinin ürəyini qorumaları üçün yaratdım. Onlara yaxşı bir ərin yoldaşını əsla incitməyəcəyini lakin bəzən dəstək və qüvvətini sınayacaq davranışlar göstərə biləcəyini anlayacaq həssas bir zəka verdim. Tək zəiflik olaraq qadınlara bir göz yaşı verdim. Tamamilə özlərinin sahib olduqları, ehtiyacları olduğunda istifadə etmək üçün..."
 
Qadını gözəl edən şey nə saçı, nə bədəni, nə də onun duruşudur. Qadını əsas gözəl edən sevgisini paylaşa bilməsi, fədakarlığı, məsuliyyəti, anlayışı, yalnız məntiqə deyil eyni zamanda qəlbə də istiqamətli olan ağılıdır.
 
Kişilər bizlərdə zəiflik olaraq gördükləri gözyaşlarımızın əsl səbəbini heç düşündülər görəsən? Ağlamaq yalnız qadınlara yoxsa insana xas bir xüsusiyyətdir ? Əgər insana xas bir xüsusiyyətdirsə niyə ağlayan kişi zəif, ağlayan qadın isə yazıq görünür?
 
 
Tərcümə etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN