Təhsil Eyni Zamanda Dəyərlərin Öyrədilməsidir

0
7652
Təhsil Eyni Zamanda Dəyərlərin Öyrədilməsidir

Qüds İvrit Universitetində dərs keçən Prof.Sydney Engelberg, ana olan bir tələbəsinin dərsə gətirdiyi körpəsinin ağlamasını görəndə uşağı qucağına alıb heç nə olmamış kimi dərsi izah etməyə davam etdi. Bu kadrların internetdə yayılması ilə Engelberg böyük  bir rəğbət qazandı.

Tələbəsinin "Təşkilati Davranış" dərsinə gətirdiyi körpə, anasının bütün səylərinə baxmayaraq sakitləşmirdi.Bu zaman utanan ana auditoriyanı tərk etməyə çalışarkən, Engelberg uşağı qucağına alıb dərsə qaldığı yerdən davam etdi.
 
“Təhsillə analıq arasında seçim etmək məcburiyyətində deyilsiniz.”
 
Dörd uşaq, beş də nəvə sahibi olan Engelberg, bütün qadın tələbələrinə, təhsillə analıq arasında seçim etmək məcburiyyətində olmadıqlarını söylədiyi bəlli oldu. Professorun, istəyənlərin dərsə körpələrini  gətirə biləcəyini ya da anaların uşaqlarını dərsdə belə olsa əmizdirə biləcəyini dediyi ifadə edildi.
 
Təhsil yalnız “düz məlumat” deyildir.
 
Mövzuyla  bağlı Engelbergin qızı Sarit Fishbaine açıqlamasında Engelbergin, təhsili yalnız dərsdə öyrədilən düz məlumat olaraq görmədiyini söyləyərkən,  "Təhsil eyni zamanda dəyərlərin öyrədilməsidir" - dedi.
 
 
 
Tərcümə Etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN