Yapon Komandirdən Fərdi İnkişaf Dərsi

0
11583
Yapon Komandirdən Fərdi İnkişaf Dərsi

İnsanın özünə olan inamını inkişaf etdirməsi fərdi inkişaf üçün önəmlidir.Bu hekayədə yapon komandirin vermiş olduğu fərdi inkişaf dərsini oxuyacaqsınız

Əhəmiyyətli döyüş əsnasında Yapon bir komandir əsgərlərinin sayının düşmənlərinki ilə müqayisədə çox daha az olmasına baxmayaraq hücuma keçməyə qərar verir. Ordusunun qazanacağına olan etibarı tamdır ancaq, əsgərləri zəfər qazanmaq mövzusunda olduqca şübhəlidir. Döyüş sahəsinə doğru irəliləyərkən, yol kənarındakı bir məbəddə dayanıb həmişə birlikdə dua edərlər. Daha sonra komandir cibindən dəmir pul çıxararaq "İndi dəmir pulu atacağıq. Əgər lövhə tərəfi düşərsə biz qazanacağıq,yox yazı tərəfi düşərsə uduzacağıq, taleyimizdə beləcə ortaya çıxacaq" deyir.
 
Dəmir pulu havaya atır və hər kəs səbirsizcə pulun yerə düşməsini gözləyir. Lövhə düşür və əsgərlər çox sevinirlər, özlərinə olan etibarlarını qazanırlar.
 
Bu coşğuyla düşmənə hücum edir və qalib olurlar. Bir müddət sonra kapitan komandirinin yanına gələrək onun proqnozunu təqdir edərək, "Kimsə qədəri dəyişdirə bilməz" deyər. Bunun üzərinə "Haqlısan!" - deyər komandir, iki tərəfi də lövhə olan pulu göstərərək...!
 
Hamımız hekayədə yazıldığı kimi çətin vəziyyətlərlə qarşı-qarşıya qalmışıq. Çox vaxt qərar vermək və hərəkətə keçmək üçün bəzi yönləndirilməyə ehtiyac duymuş və sanki içimizdən bizi biz edən və hərəkətə  keçməmizə köməkçi olacaq o gücü hiss etməkdə çətinlik çəkmişik.
 
Bu bir həqiqətdir ki həyatda əldə etdiyimiz uğurların heç biri təsadüflər nəticəsində qazanılmamışdır. Yəni burada əhəmiyyətli olan nöqtə bizim müvəffəqiyyətli olmaq və qazanmaq üçün “qismət” oyunu oynamayıb bu qisməti yaratmağımız üçün bir ön hazırlıq etməmiz, cəhd göstərməyimiz, bacaracıq hissiylə hərəkətə keçməmizdir.
 
 
Tərcümə etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN