Ailəmizə Vaxt Ayıraq

0
20326
Ailəmizə Vaxt Ayıraq

21 illik evlilik həyatından sonra,arvadım məni digər bir qadını nahara dəvət etməyimi və kinoya aparmağımı istəyirdi.O deyirdi:”Mən səni sevirəm,ancaq mən bilirəm ki,o qadında səni sevir və səninlə bir az vaxt keçirmək istəyərdi”.
Arvadımın dediyi digər qadın mənim anam idi.O,anama baş çəkməyimi istəyirdi.Anam 19 il idi ki tənha yaşayırdı.İşimin və üç uşağımın qayğısı ona ara bir baş çəkməyimi mümkün etmişdi.Həmin axşam mən onu nahara və kinoya dəvət etmək üçün zəng etdim.”Nə baş verib,sən yaxşısan?” o soruşdu.Mənim anam elə qadınlardan idi ki,o gecə gec zəng vurmaqdan və surpriz dəvətdən pis xəbərin işarəsi kimi şüpələnirdi.”Mən fikirləşdim ki,səninlə bir az vaxt keçirmək çox xoş olardı.Yalnız biz ikimiz” mən cavab verdim.O,bir qədər fikirləşdi və sonra dedi:”Mən bunu lap çox istərdim”.
O cümə günü işdən sonra,mən anamı götürmək üçün maşınımı yüksək sürətlə idarə edirdim.Bir az da həyəcanlı idim.Mən onun evinə çatanda gördüm ki,o da bir az bizim görüşümüz üçün həyəcanlı görünür.O,əynində paltosu ilə qapıda məni gözləyirdi.Onun qıvrım saçları vardı və əyninə sonuncu toy il dönümünü qeyd edəndə geyindiyi donunu  geyinmişdi.Mələk gülüşü kimi işıq saçan gülüşü vardı üzündə.”Mən dostlarıma dedim ki,bu gün oğlumla nahar etməyə çıxıram,onlar buna təəccübləndilər”o maşına oturanda bunu dedi.”Onlar səbirsizliklə bizim görüşümüz haqqında eşitmək istəyəcəklər”.
Biz restorana getdik.Baxmayaraq ki,o qədər də eleqant bir yer deyildi,amma çox gözəl və rahat idi.Anam qoluma girmişdi,sanki o ölkənin Birinci Xanımı idi.Biz oturandan sonra mən menyunu oxumalı oldum.Onun gözləri ancaq iri hərfləri görə bilirdi.Mən gözlərimi qaldırıb anama baxanda gördüm ki,o gözünü dikib mənə baxır.Dodaqlarında nostalji bir təbəssüm vardı.”Mən menyunu sən balaca olanda sənə oxuyardım”o dedi.”İndi də sən istirahət et,mənim borcumu qaytarmaq vaxtıdır” mən cavab verdim.Nahar ərzində çox xoş söhbət etdik-qeyri-adi heç nə,amma ikimiz də hər birimizin həyatındakı son olanlardan xəbər tutmaq istəyirdik.Biz o qədər danışdıq ki,kinonu da ötürdük.Biz onun evinə gəlib çatanda o dedi”Mən səninlə yenidən gəzməyə çıxmaq istəyərəm,əgər sən mənə səni dəvət etməyimə icazə versən”Mən razılaşdım.
 
Evə çatanda arvadım məndən soruşdu:”Naharınız necə keçdi”? “Çox gözəl.Mən gözlədiyimdən də çox xoş oldu”mən cavab verdim.
 
Bir neçə gün sonra,anam ağır ürək xəstəliyindən vəfat etdi.Bu elə qəfl baş verdi ki,mənim onun üçün nəsə etməyə belə şansım olmadı.Bir qədər sonra mən bir zərf aldım.Bu anamla mənim nahar etdiyimiz restorandan idi.Ödəniş qəbzinin surəti idi.Əlavə qeyd kimi yazılmışdı.”Mən bu qəbzi əvvəldən ödəmişdim.Mən əmin deyildim ki,orda mən ola bilərdim.Fəqət mən onu iki nəfər üçün-sən və digəri də sənin arvadın üçün ödəmişdim.Sən heç vaxt bilməyəcəksən o gecə mənim üçün nə məna kəsb edirdi.Səni sevirəm,oğlum”.
 
Mən həmin anda vaxtında ən vacib deyilməli şeyi başa düşdüm.”Mən səni sevirəm” və sevdiyin insanlara onlara layiq olduğu vaxtı ayırmaq.Həyatda heç nə sizin ailənizdən daha vacib deyil.Onlara layiq olduğu vaxtı ayır,çünki bu şeylər “başqa vaxt”deyilib təxirə salına bilməz.
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN