Atasına gecikən oğul ...

0
8014
Atasına gecikən oğul ...

 Ata: Oğlum, səni çox görmək istəyirəm, haralardasan?

Oğlu: Ata çox işim var..
Ata: Oğlum sənə zəng edirəm, amma çox vaxt zəng çatmır.
Oğlu: Ata iclaslarda oluram. 
Ata: Oğlum səni bu gün yeməyə gözləyirik.
Oğlu: Ata, dostlarla əvvəlcədən danışdığımız bir məclis var, orda olacam.

Ata: Oğlum bir səsini eşidim deyə zəng etdim.
Oğlu: Atacan indi adboy verməliyəm, mən özüm səni yığaram.
Ata: Oğlum səni nə zaman görəcəyik?
Oğlu: Ata çox işim var, vaxt eliyib gələrəm.

Ata: Oğlum dünən gecə yuxuma girmişdin, yaxşısan mı?
Oğlu: Yaxşıyam ata, yaxıyam.. İndi maşın sürürəm, sonra sənə zəng edərəm..

Ata: Oğlum nə vaxt zəng edirəm işin var, yorğunsan, sənin üçün çox darıxmışam, nə vaxt görüşəcəyik?
Oğlu: OF ATA OFFFFF!!! 

Bir müddət sonra oğlu atasına zəng edir. Telefonu açan atasının qonşusudur.

Oğlu: Atamla danışacaqdım, çox işim var, gələ bilməyəcəyimi deyəcəkdim.

Qonşu: Atanız dünən gecə vəfat etdi, son sözləri də “Oğlum indi iş görüşməsindədir, onu narahat etməyin, məni torpağa siz verin”.

ŞƏRH YAZIN