Bir Qutu Öpücük

0
5681
Bir Qutu Öpücük

Bir gün ata 3 yaşlı qızını bütün kağızı hədiyyə bükmək üçün istifadə etdiyinə görə cəzalandırır.Pulu da  az idi və qızı bütün hər şeyi Yeni il ağacının altına qoymaq üçün işlətdiyinə görə əsəbləşmişdi.

Lakin balaca  qız  səhəri günü atasına bir hədiyyə gətirdi və dedi:”Bu sənin üçündür ,ata”.Ata özünün əvvəlki reaksiyasına görə utandı ,ancaq qutunu boş görəndə hirsi yenə başına vurdu.
O qızının üstünə qışqırdı:”Bəyəm sən bilmirsən ki,kiməsə hədiyyə verəndə qutunun içinə nəsə qoymalısan?”
Balaca qız gözləri yaşla dolu atasına baxdı və dedi:”Oh,ata ,yox o boş deyil.Mən onu içinə öpücük üfürdüm.Onlar hamısı sənin üçündür”.
Ata qəhərləndi.Qolunu qızının boynuna dolayub, ondan bağışlanmasını istədi.
Ata o vaxtdan qutunu çarpayısının yanına qoyur.Nə vaxt özünü ruhdan düşmüş hiss etsə , o xəyali öpücüklərlə dolu olan qutunu götürər və onun içinə öpücüklərini qoyduğu  qızını xatırlayardı.
 
Bizim hər birimizə bir qab verilib və bu qab bizim uşaqlarmızdan , dostlarımızdan ,ailəmizdən və Tanrıdan sonsuz  və qarşılıqsız sevgi və məhəbbətlə doldurmaq üçündür.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN