İsveçin Örebro şəhərində yaşayan bir gənc qız, işlədiyi “Mc Donalds” restoranının şefini internetdəki bloq səhifəsində tənqid etdi. Bunu öyrənən şefi də onu işdən qovaraq,bu xəbəri “Facebook”dakı səhifəsində yaydı. Bloqlar arası bu çəkişmələr, İsveç qəzetlərinin gündəminə çıxdı və yazılanlar ictimaiyyət arasında böyük mübahisəyə çevrildi.
İsveçdə nəşr olunan “Aftonbladet” qəzetində dərc edilən xəbərə görə işçinin bloqunda yazılan tənqidlərə görə işdən çıxarılmasını səhifəsində şərh edən müdir, öz bloqunda: "İş yeri haqqında nalayiq sözlər söyləyən bir qızı işdən çıxardım, çünki sırf yoldaşları gülsün deyə törətdiyi əməllər doğru deyil. İndi isə mən gülürəm" – sözlərini yazdı və gülüş işarəsini (☺) əlavə etməyi unutmadı.
O bölgədəki dörd “Mc Donalds” restoranının sahibi isə qəzetlərə öz bloqunda tənqid yazan qızın əməlinin yanlış olduğunu və ona iki alternativ təqdim edildiyini ,ya öz istəyilə işdən çıxmasını ya da məcburi çıxardılmasını təklif etdiklərini yazdı. Restoran sahibi qızın öz istəyilə çıxmağı seçdiyini, müdirin “Facebook”dakı şərhinin də xoşagəlməz bir hal olmadığını əlavə etdi.
Bloqlar arası belə bir hadisə yaşanarkən, ictimaiyyətdə bloqlardakı iş yeri haqqında tənqidlər müzakirə mövzusu oldu.