Bu Yazıdan Sonra Gedib Ananızı Qucaqlayın.

0
5663
Bu Yazıdan Sonra Gedib Ananızı Qucaqlayın.

1 yaşınızda olarkən sizi əlləri ilə bəslədi və yuyundurdu.Bütün gecəni ağlayaraq onu yatmağa qoymayıb təşəkkür etdiniz.

2 yaşınızda olarkən sizə yeriməyi öyrətdi.Sizə səsləndiyi zaman otaqdan qaçaraq təşəkkür etdiniz.

3 yaşınızda olarkən ancaq sizə aid olan yeməkləri hazırladı.Boşqabınızdakı yeməyi stolun altına tökərək təşəkkür etdiniz.

4 yaşınızda olarkən sizə rəngbərəng karandaşlar aldı.Evin bütün divarlarına şəkil çəkərək təşəkkür etdiniz.

5 yaşınızda olarkən sizə yeni geyimlərlə bəzədi.Özünüzü gördüyünüz ilk çirkaba batıraraq təşəkkür etdiniz.

6 yaşınızda olarkən məktəbə qədər  sizinlə getdi.”Getməyəcəəəm” deyərək təşəkkür etdiniz.

7 yaşınızda sizə bir top hədiyyə etdi.Qonşunun pəncərəsini sındıraraq təşəkkür etdiniz.

9 yaşınızda sizə dualar oyrətdi və siz də ona unudaraq təşəkkür etdiniz.

11 yaşınızda sizi dostlarınızla film izləməyə apardı və siz də ”Sən bizimlə oturma” deyərək təşəkkür etdiniz.

12 yaşınızda zərərli televiziya proqramlarını izləməyinizi istəmədi.O evdə olmadığı zaman hamısını izləyərək təşəkkür etdiniz.

19 yaşınızda məktəb xərclərinizi qarşıladı,sizi maşınla qalacağınız yerə qədər apardı və əşyalarınızı daşıdı.Dostlarınız lağ eləməsin deyə yataqxananın qapısında sağollaşaraq təşəkkür etdiniz.

21 yaşınızda iş həyatı və karyeranızla bağlı sizə məsləhət vermək istədi.”Mən sənin kimi olmayacam” deyərək təşəkkür etdiniz.

22 yaşınızda ali məktəbi bitirdiyiniz zaman sizi qürür hissi ilə qucaqladı.Avropa səyahəti üçün pul istəyərək təşəkkür etdiniz.

25 yaşınızda toy məsrəflərinizi qarşıladı,sizin xoşbəxtliyiniz üçün həm sevindi,həm də qürurlandı.Siz də dünyanın o biri başına daşınaraq təşəkkür etdiniz.

30 yaşınızda övladınızın baxımı ilə bağlı sizə məsləhət vermək istədi.Ondan sizə qarışmamağını istəyərək təşəkkür etdiniz.

40 yaşınızda sizi axtararaq bir qohumunuzun doğum gününü xatırlatdı.Ona məşğul oldğunuzu bildirərək təşəkkür etdiniz.

50 yaşınızda o çox xəstələndi və həftə sonu onu görməyə getdiyiniz üçün sevindi.Ona yaşlıların uşaq kimi nazlı olduğunu söyləyərək təşəkkür etdiniz.

 

Səhərə yaxın saat 3-də ev telefonunun zəngi eşidildi.Ev sahibi yuxulu bir vəziyyətdə telefonun dəstəyini qaldırdı.Telefondakı səs anasına aid idi.

Anası oğlunun halını xəbər aldı və səsindən təlaşlı olduğu görünürdü.

Oğul təəccüblü bir halda dedi:

- Yaxşıyam,ana,bəs siz necəsiniz?

Ana:

- Biz yaxşıyıq,sadəcə səsini eşitmək istədim.

Oğul:

- Ana,bunun üçün gecə saat 3-də narahat etdin?Sabah da danışa bilərdik.

Ana:

- 30 il öncə sən də məni bu saatda narahat etmişdin.Ad günün mübarək!

 

 Tərcümə edən:Nəzrin Məmmədova

ŞƏRH YAZIN