Hər Şey Paylaşmaqdan Başlayır

0
7810
Hər Şey Paylaşmaqdan Başlayır

Hər il keçirilən ‘ən yaxşı buğda' yarışmasında yenə eyni əkinçi qalib gəlmişdi. Əkinçidən bu işin sirrini soruşanda o belə cavab verdi:

-Mənim sirrimin cavabı, öz buğda toxumlarımı qonşularımla paylaşmaqdan ibarətdir.
-Əlinizdəki keyfiyyətli toxumları rəqiblərinizləmi paylaşırsınız? Amma niyə belə bir şeyə ehtiyac duyursunuz? deyə soruşulanda;
-Niyə də olmasın, deyə cabvab verdi.
-Bilmədiyiniz bir şey var; külək yetişməkdə olan buğdadan poleni götürür və tarladan tarlaya daşıyır. Buna görə, qonşularımın pis buğda yetişdirməsi demək, mənim məhsulumun keyfiyyətinin də aşağı olması deməkdir.Əgər ən yaxşı buğdanı yetişdirmək istəyirəmsə, qonşularımın da yaxşı buğdalar yetişdirməsinə kömək etməliyəm.
 
Nəticə : Sevgi və paylaşmaq ən yaxınınızdan başlaryır. Sonra yayılaraq davam edir. Kin, xəsislik, nifrət kimsənin xoşladağı davranışlar deyil. 
 
 
Tərcümə etdi : Bəsti Mehralıyeva

ŞƏRH YAZIN