Hər Şey Yaxşılığa Doğrudur

0
20488
Hər Şey Yaxşılığa Doğrudur

Bir dəfə gəmi qəzası zamanı dalğalar gənci bir adanın sahilinə atır.O bu qəzada sağ qalan yeganə insan idi.Gənc dayanmadan Tanrıya dua edirdi ki,ona kömək olsun,onu xilas etsin.Olduğu vəziyyətdən təngə gələn gənc dalğaların sahilə atdığı lövhələrdən özünə qayıq düzəldir,sonra isə qida toplamaq üçün meşəliyə üz tutur.O,geri qayıdarkən düzəltdiyi qayığın alışıb yandığnı və tüstünün bütün səmanı bürüdüyünü görür.Ən pisi isə düzəltdiyi qayıqla bərabər onun bütün əşyaları da yanmışdı.Gənc artıq heçnəsiz kimsəsiz adada qalmışdı. Qəhərdən və hirsdən özünü itirən gənc ağlayaraq üsyan etməyə başlayır.
-Tanrı niyə mən? Niyə mənimlə belə etdin?
Üzüntüdən və ağlamaqdan əldən düşən gənc yorulub yuxuya gedir.Növbəti səhər onu gəminin səs siqnalı oyadır.Gəmi sahilə tərəf,gənci xilas etmək üçün üzürdü.Təəccüb içində olan gənc nə edəcəyni bilmirdi.
-Siz məni necə tapdız, hardan bildiz ki mən burdayam?- gənc maraqla dənizçilərdən soruşur

-Biz uzaqdan adadan çıxan tüstünü gördük və düşündük ki,bu siqnaldı ona görə dərhal köməyə gəldik-deyə dənizçilər cavab verirlər.
Gördüynüz kimi həyatda nə baş verirsə,hər şey yaxşılığa doğrudur.Heç zaman ümüdünüzü itirməyin və unutmayın ki,“Hər qaranlıq gecənin,işıqlı bir səhəri var.”

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN