Nəfsləri İlə Dünyaya Aldananlar Üçün İbrətamis Hekayə

0
16920
Nəfsləri İlə Dünyaya Aldananlar Üçün İbrətamis Hekayə

Adamın biri Hz. İsaya dost olub, ona "Sənin yanında sənə yoldaş ola bilərəmmi?" deyə təklif edir. Təklifinin qəbul edilməsindən sonra birlikdə yola çıxırlar, bir çayın kənarına çatanda yemək fasiləsi üçün otururlar. Və bu zaman yanlarında üç çörək var imiş, ikisini yeyirlər, biri isə qalır . Bu arada Hz. Isa çaya çatıb su içmək üçün qalxır, ancaq su içib  , qayıdarkən üçüncü çörəyi tapa bilmir. Adamdan "Çörəyi kim götürdü?" deyə soruşur, adam isə "Bilmirəm!" deyə cavab verir.

Hz.İsa yeməkdən sonra yoldaşıyla birlikdə yola çıxır. Yolda iki balalı bir maral görürlər. Hz. İsa balalardan birini çağırır, bala Hz. İsanın yanına gəlir və Hz.İsa onu kəsir, ətinin bir hissəsini qızardaraq yeyirlər. Yeməkdən sonra Hz. Isa maral balasının qalıqlarına "Allahın izni ilə canlanıb qalx!" deyir, bala da dərhal canlanıb qalxaraq oradan uzaqlaşır. Bu hadisədən sonra Hz. Isa yoldaşına, "Səndən bayaqkı möcüzəni göstərən Allah üçün soruşuram, çörəyi kim götürdü?" deyir. Adam yenə "Bilmirəm!" deyə cavab verir. Bir müddət sonra bir çayın yanına çatırlar, Hz. İsa adamın əlindən tutur və suyun üzərində gəzib, qarşıya keçirlər.
Çayı keçəndə Hz. Isa "Az əvvəlki möcüzəni göstərən Allah haqqı üçün səndən soruşuram, üçüncü çörəyi kim götürdü?" deyə soruşur . Adam yenə "Bilmirəm!" deyə cavab verir. Bir müddət sonra bir səhraya çatırlar və otururlar. Hz. İsa bir yerə qum və torpaq yığıb, meydana gələn yığına  Allahın izni ilə "Axın ol!" deyir, yığın da qızıl olur. Hz. Isa yığını üç hissəyə bölərək adama "Üçdə biri mənim, üçdə biri sənin, o biri üçdə biri də çörəyi götürənin!" deyəndə, adam  "Çörəyi götürən mən idim!" deyə həqiqəti etiraf edir. Bundan sonra isə Hz. İsa "Qızılın hamısı sənin olsun!" deyərək ondan ayrılır. Adam qızılın başında dayanarkən səhrada kecən iki nəfər gəlir. Gələnlər onu öldürüb , qızılı almaq istəyirlər. Adam "Onu aramızda üç hissəyə bölərik, ancaq əvvəl biriniz şəhərə gedib , yemək üçün bir şey alın!" deyə təklif edir.
 
Adamın təklifi qəbul edilərək gələnlərdən biri şəhərə göndərilir. Şəhərə gedən adam yolda "Niyə qızılı onlarla bölüşüm, alacağım yeməyə zəhər qatıb onları öldürərəm, beləcə də qızılın hamısı mənə qalar!" deyə düşündü və dediyi kimi etmək üçün şəhərdən aldığı yeməyə zəhər qataraq geri dönür. Qızılın yanında qalanlar da "Niyə ona qızılların üçdə birini verək, qayıdarkən onu öldürərik və qızılları ikimiz paylaşarıq!" deyə danışırlar. Adam qayıdarkən onu öldürürlər, lakin yeməyi yeyərkən  özləri də ölürlər. Beləcə qızıllar səhranın ortasında və hər üçünün ölüsünün yanında sahibsiz qalır. Daha sonra Hz. İsanın yolu hadisə yerinə yenidən düşür və vəziyyəti görəndə yanındakılara "baxın həristlik budur, ondan çəkinin!" deyir.
 
 
Tərcümə etdi : Qurbanova Fatimə
 

ŞƏRH YAZIN