Avea Nə Etməyə Çalışır?

0
1830
Avea Nə Etməyə Çalışır?

Çox varlı bir insan milyon dollarla ölçülən sərvət yığır. Günlərin bir günü qərara gəlir ki, artıq özünə bir illik istirahət götürüb dəbdəbə içində yaşayacaq. Lakin o, bu qərarı qəbul etdiyi gün ona ölüm mələyi nazil olur. Çox yaxşı ticarətçi olduğu üçün həmin şəxs istədiyi yolla mələkdən bir az belə olsa vaxt almağa qərar verir:

— Mənə yaşamaq üçün üç gün daha ver, bunun əvəzində sərvətimin üçdə bir hissəsini götürə bilərsən.

Lakin mələk razılaşmır.

— Yaxşı, iki...yox...üç milyon! Mənə heç olmasa bir gün ver. Mən yalnız sərvət yığmaqla məşğul olduğum üçün nə həyatdan zövq ala bilmişəm, nə də ailəmə lazımi diqqət göstərə bilmişəm. 

Mələk yenə də razılaşmır. O zaman zəngin şəxs başlayır mələyə yalvarmağa ki, ona bir dəqiqə vaxt versin. Çünki həmin insan öz oğluna vida məktubu yazmaq istəyirdi. Mələk razılaşır.

Vida məktubunda bu sözləri yazır: "Öz vaxtının dəyərini bil! Sahib olduğum bütün sərvətlərə mən bir saat belə olsa ala bilmədim."

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN