Şah Abbas Və İki Vəzir

0
22617
Şah Abbas Və İki Vəzir

Bir gün Şah Abbas iki ruhani vəzirlə – Şeyx Bəhayi və Mir Damədlə gəzintiyə çıxır. Mir Damədin mindiyi at, Şeyx Bəhayinin atından azacıq geri qalırdı.

Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damədə yaxınlaşıb deyir: «Görürsənmi, Şeyx Bəhayi bizi saymır, özünü bizdən üstün bilir. Ona görə atını çapıb bizdən irəli düşüb».

 Mir Daməd Şaha belə cavab verir: «Şeyx Bəhayidə günah yoxdur. Onun atı, belində bu cür alimi gəzdirdiyi üçün sevincdən qanad açıb uçur, ona görə də Şeyx Bəhayi bizdən irəli keçib».

Sonra Şah Abbas atını sürüb Şeyx Bəhayiyə çatır və ona belə söyləyir: «Mir Damədi görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə özünü kənara çəkib, bizdən arxaya qalıb».

Şeyx Bəhai isə belə cavab verir: «Şah sağ olsun, Mir Damədin mindiyi at, onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damədin atı nə böyüklükdə bir alimin yükünü çəkir. Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır».

Şah Abbas başa düşür ki, vəzirlərin ürəkləri də elmləri qədər böyükdür.

 

"Cazibə Qüvvəsi" Fərdi İnkişaf Jurnalı

 

ŞƏRH YAZIN