Fizionomiya - Üz Oxuma Sənəti!

0
5964
Fizionomiya - Üz Oxuma Sənəti!

Bir adam haram yolla pul qazanıb özünə inək alır. Sonra bir gün etdiyi əməlin səhv olduğunu anlayıb, bunun qarşılığında yaxşı bir iş görmək istəyir.

Vəziyyəti gəlib Hacı Bektaş Vəliyə danışır. Heyvanı qurban kəsmək istədiyini bildirir. Haci Bektaş Vəli heyvanı qəbul etməz ki bu heyvan haramdır. Adam Mövlanə həzrətlərinin yanına gələr. Mövlanə qurbanı qəbul edər Adam deyər ki, ey Mövlanə, mən Hacı Bektaş Vəlinin yanına getdim o qəbul etmədi, amma sən qəbul etdin.

Mövlanə:

– “Biz bir qarğaysaq Hacı Bektaş Vəli bir şahindir, hər leşə qonmaz, bu səbəbdən sənin bu hədiyyəni biz qəbul etdik”.

Adam ərinməyib, Hacı Bektaş həzrətlərinin yanına gedər, əhvalatı bir də ona danışar.

Bektaş Vəli:

– “Bizim könlümüz bir su hövzəsi kimidir. Mövlanənin könlü isə okean kimidir. Bu səbəbdən bir damlayla bizim qəlbimiz kirlənər, amma onun böyük qəlbi kirlənməz. Buna görə o qəbul edib”.

 

ŞƏRH YAZIN