Yarışı Başa Vurun!

0
38575
Yarışı Başa Vurun!

23 yaşlı gənc oğlan heç bir işi sona çatdırmır. Yeni bir işə həvəslə başlayır, lakin iş tamamlanmamış həvəsdən düşür. Nə edəcəyini bilmir. Müdrik bir qocaya yaxınlaşıb, dərdini danışır. 

Müdrik deyir:
— Sənə sadə bir nümunə gətirəcəm. Meksika olimpiyadalarının adi bir günü idi, yarışma başa çatmışdı, hamı stadionu tərk edirdi. Birdən qaraltı gördülər. Yolda yaralanmış idmançı finiş xəttini axtarırdı. Çətinliklə addımlayırdı. Finiş xəttinə çatdı, beləliklə,Con Stiven Akvari 1968-ci il Olimpiyadalarında adını tarixə yazdı. Tarixə düşməsinə səbəb finişi axırda keçməsi yox, finişi keçdikdən sonra dediyi sözlər idi.
— Ona sual verdilər ki, onsuz da qalib gələ bilməyəcəkdiniz,niyə davam etdiniz?
— “Ölkəm məni yarışa başlamaq üçün göndərmədi, yarışı başa vurmaq üçün göndərdi”

Həyat özü də bir marafondur. Və əsas məsələ yarışa başlamaq yox, yarışı başa vurmaqdır. Hətta yolun yarısında qəzaya düşsəniz belə…
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 
 
 
 

ŞƏRH YAZIN