İşçi Məmnuniyyəti Anketi Nə Üçün Bu Qədər Lazımlıdır?

0
2318
İşçi Məmnuniyyəti Anketi Nə Üçün Bu Qədər Lazımlıdır?

İndiki dövrdə hər bir şirkət öz üstünlükləri ilə seçilir və ona uyğun olan digər qonşu şirkətlərlə daim rəqabət aparır.

İşçi məmnuniyyəti analizi sistematik və təşkilati bir geri bildiriş vasitəsindən yararlanaraq işçilərin məmnuniyyət səviyyəsini təyin edən və bunun səbəblərini analiz edən,həlləri planlaşdıran son dərəcə güclü bir təşkilati məhsuldarlıq və motivasiya inkişaf layihəsidir.

İşçi məmnuniyyəti analizi öz gücünü sənaye psixologiyasından,anket və ünsiyyət metodikasından,informasiya texnologiyalarından,məlumatların təhlili və hesabat texnikasından,layihə rəhbərliyi metodikasından və s. daha çox sayda prosesdən almaqla,inteqrasiya edir.

Bəs niyə işçi məmnuniyyəti anketi?

-İşçilərin performans,motivasiya və şirkətə bağlılıqlarına müsbət və mənfi təsir göstərən ünsürləri təyin etmək üçün;

-Şirkət daxilindəki “pıçıltı qəzeti”ni bağlayıb “dedi-qodu müxbirləri”nin işinə son vermək üçün;

-İşçilərin bir-birilərinin üzünə söyləməyə çəkindikləri ”aysberqin görünməyən tərəfi”ni öyrənmək üçün;

-İşçi məmnuniyyəti anketindəki xoşagəlməz mövzuların öz əhəmiyyət və aktuallığını real olaraq müəyyən etmək üçün;

-Tədris və prosesi yaxşılaşdırma analizi və s. kimi mövzularda fəaliyyətə başlamazdan öncə həqiqi məlumatları əldə etmək üçün;

-Anket sonrası yaxşılaşdırma layihələri ilə rəhbərliyin möhtərəmliyini və işçilərin şəxsi motivasiyasını artıra bilmək üçün.

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN