İqtisadi Durğunluq Dövründə İş Qurmağın Səbəbləri

0
3004
İqtisadi Durğunluq Dövründə İş Qurmağın Səbəbləri

İqtisadi tənəzzül dövrü çətin zamanlardır. İnsanlar işlərini itirirlər, şirkətlər gərgin olurlar və şanslı olanlar zərəri ehtiyat pullarla qarşılayırlar. Ancaq hər şey də bu qədər çətin deyil.  Ağıllı, diqqətli və cəld xarakterə sahib rəhbərlərə malik olan müəssisələr gücsüz iqtisadiyyatın üstünlüklərindən faydalana və zirvəyə çıxa bilərlər. İqtisadi tənəzzül heç bir zaman istənilən bir vəziyyət olmasa da, dünyanın ən böyük müəssisələrindən bəziləri iqtisadi durğunluq və ya geriləmə müddətində fəaliyyətə başlayır və inkişaf edir.
 
BUYURUN SİZLƏR ÜÇÜN DURĞUNLUQ DÖVRÜNDƏ FƏALİYYƏTƏ KEÇMƏYƏ DƏYƏCƏK 9 SƏBƏB:  
 
1. İnsanlar yenilik istəyir
İqtisadi geriləmələr problemlərə səbəb olur. Əksər sektorda investisiyalar yavaşlayar. İstehlakçılar və biznes sahibləri problemlərini həll edən yeni cəhdlər etməyə çalışırlar.
 
2. İnsanlar qənaət etmək istər
Məhsullarınızı və ya xidmətlərinizi rəqiblərinizdən daha aşağı qiymətə təklif etməlisiniz. Müştərilər ciblərinə uyğun olaraq daha ucuz alternativ tapmağa çalışacaqlar. Bu səbəbdən rəqiblərinizə qarşı zəfər qazanmaq məqsədi ilə satışla bağlı danışıqlar aparmaq üçün ən uyğun zamandır. Yaxşı iş görün və iqtisadi böhran zamanı müştəri itirməyin.
 
3. Böyük şirkətlər dayanıqsızdır
İqtisadi geriləmə səbəbiylə istər kiçilməyə gedən və qış yuxusuna yatan böyük təşkilatlar olsun, istər elastiklik olmayan daha kiçik şirkətlər olsun, rəqabət zəif olacaq. Yeni cəhdlər edərkən diqqətli olun və özünüzü minimal ümumi xərclərlə dəstəkləyə bilsəniz iqtisadiyyatın sizi əzməsi çətinləşər.

4. Təcrübəli və ixtisaslı işçilər iş axtarırlar
Maliyyə sistemini zəmanət altına ala və ya işinizi sürətli bir şəkildə böyüdə biləcəksinizsə, işçi sayınızı da artıra bilərsiniz. Ancaq doğru personalı tapmaq həqiqətən çətindir. İqtisadi durğunluq dövrlərində, işdən çıxarma halları artırıldığından təcrübəli və bacarıqlı kəslər tapmaq daha asan olur. Güclü iqtisadiyyata görə daha aşağı maaş və daha az imtiyaz tələb edən işçilər belə tapa bilərsiniz.
 
5. Bir şeylər daha ucuzdur
Zəif iqtisadi böyümə çətin vəziyyətdəki müəssisələrin müəyyən məhsulları əldən çıxarmasına səbəb olur. Sadə bir şəkildə söyləmək lazım olsa, bir şeylərin xərci ucuzlaşır. Ofis mebeli və s. kimi birdəfəlik satın alınan məhsulların qiymətləri daha aşağı olur çünki sahibkarlar ehtiyatları daha sürətli bir şəkildə bitirmək üçün qiymətləri salırlar.
 
6. Daha az rəqibiniz olacaq
İqtisadiyyat güclü olduğunda, hər kəs hərəkətə keçmək istər. Yeni sahibkarların əksəriyyəti qaynaq mənbəyi yaratmaq üçün fəaliyyətə keçirlər və nəticədə müstəqil fəaliyyət göstərə bilməyəcək vəziyyətə düşürlər. Tənəzzül dövrlərində fəaliyyətə keçməyə çalışan insanların sayı daha azdır, çünki resurs azdır. Bu vəziyyətdə rəqibiniz də az olacaq. 
 
7. Ağıllı sərmayəçilər investisiya etmək istəyirlər
Yalnız maliyyəyə ehtiyacınız olacaq. Qurğuların və avadanlıqların xərcləri ola bilər. Yeni iş imkanları axtaran müəyyən investorlar olacaq. İqtisadiyyat enişə keçdikdə, qiymətli kağızlar birjasından pullarını çıxarmaq istəyən mələk sərmayəçilər olacaq və şansınız gətirərsə sizə investisiya edə bilərlər.  
 
8. İqtisadiyyatın çətin olduğu zamanlar yeni müəssisələr üçün müzakirə gücü qazandırar
Əsasən sahibkarlar iqtisadiyyat zəif olduğu zamanlarda hərəkət etməkdə çətinlik çəkərlər. Şirkətiniz təchizatçılardan alınan məhsullara bağlıdırsa, iqtisadi vəziyyətin çətinliyi bazarlıq etmək və ya yenidən danışıqlar aparmaq üçün gözəl bir zamandır. İqtisadiyyat gücləndiyi zaman, bu yeni cəhd başqa bir uğura çevrilir. 
 
9. İşinizin təməlləri daha möhkəm olur
İstehlakçılara inamın azaldığı və müəssisələrin çətinlik çəkdiyi bir dönəmdə iş qursanız, işiniz tərəqqi başladığı zaman davamlı olar.
 
Durğunluq müddətində fəaliyyətə keçməyin bir çox səbəbləri vardır və iqtisadi geriləməyə təsir etməyən bir çox iş modeli vardır. Bunu reallaşdırmaq üçün lazımlı olan motivasiyaya və əzmə sahibsinizsə iqtisadi tənəzzül fəaliyyətə keçmək və öz işinizin müdiri olmaq üçün ən yaxşı zamandır.
 
 
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN