Pul qazanmağın sürətli yolları

0
816
Pul qazanmağın sürətli yolları

Pul qazanmağın sürətli yolları adlı bu məqalədə, sizə təşəbbüskarlar üçün trend olan iş ideyalarını təqdim edirik.. İndiki texnologiyalar, keçmişə nəzərən daha güclü və daha sərfəlidir. Xüsusilə, sosial mediyanın yayılması və müxtəlif təşəbbüskarlıq mühitlərinin popluyarlaşması sayəsində təşəbbüskarlar, iş ideyalarını daha məhsuldar və münasib bir şəkildə inkişaf etdirərək təqdim edə bilirlər. Ağlınıza yaxşı bir ideya gəldikdə, bu ideyanı həyata keçirmək üçün sərmayəyə ehtiyac duyarsınız.. Bu ehtiyaclarınızı da artıq, internet dünyasının yeni fırtınası Indiegogo, Kickstarter kimi fond saytları vasitəsi ilə ödəyə bilərsiniz. Sadəcə, kreativ bir ideya kəşf edib bu ideyanızı diqqət çəkəcək bir şəkildə təqdim etməniz kifayətdir. Gəlin, sizin üçün seçtiyimiz asan yolla pul qazanmaqdan bəhs edən uğurlu iş ideyalarına diqqət yetirək.

Uşaq dostu tətbiqlər ilə pul qazanmağın yolları
Uşaqlar, gələcəyin müştəriləridir. Buna görə də, daha indidən onların etibarını qazanmaq heç də pis bir fikir deyildir. 10-cu trend hesabatlarına görə, 2015-ci ildə texnologiya firmalarının ən çox diqqət yetirdikləri sahə, uşaq tətbiqləri olmuşdur. Aparılan araşdırmalara görə, uşaqların 4/3’lük qismi smartfon cihazlara və internetə çıxış imkanına sahibdirlər. Bu səbəbdən, uşaq aləmi böyük bir təşəbbüskarlıq potensialına sahibdir. Bu tətbiqlər, həm uşaqların diqqətini cəlb edir, həm də təhsil və sağlam həyat kimi əlavələri ilə valideynlərin də könlünə yol tapa bilirlər. Siz də internetdən pul qazanmaq üçün, bir neçə araşdırma apararaq və kifayət qədər kod məlumatıyla uşaq dostu tətbiqlər hazırlaya bilərsiniz.
 
Təkrar emal xidmətləri ilə pul qazanmağın yolları
Bir çox insan, evində təkrar emalı düşünərək kağız, plastik şüşə, orqanik tullantı və s. ayrı-ayrı atsa da, elektron cihazlar və istifadə olunmuş batareya kimi ətraf mühütə zərərli tullantıları nə edəcəklərini bilmirlər. Son illərdə, xaricdə bir çox firma köhnə televizor, işləməyən nootbuklar, işləməyən cib telefonları kimi elektron cihazları evlərdən alaraq təkrar emal fabriklərinə satırlar. Təkrar emala gedən əşyalardan istifadəsi mümkün olanlar, işə yarayan parçalar və ağırlıqlarına görə metallar fərqli qiymətlərə satılır. Bu üsulla, təkrar emal xidmətləri üçün vasitəçi şirkət quran bir çox firma, yaxşı qazanc əldə etmişdir. Bu üsulu, indiki dəmir-dümür alanların inkişaf etmiş halı kimi də düşünə bilərsiniz. Texnologiyadan  istifadə edərək öz markanızı yaradıb dəmir-dümür alan imicindən də qurtulmaq sizin əlinizdədir.
 
Proqram təminatı tədrisi ilə pul qazanmaq
Əgər müəyyən bir proqramlaşdırma haqqında hərtərəfli məlumata sahib olduğunuzu düşünürsünüzsə, bu sahədə freelance, yəni, müstəqil şəkildə dərs verə bilərsiniz. Hazırda, texnologiya sahəsində bir-birindən fərqli proqramlaşdırma və bu sahədə təhsilə ehtiyacı olan insanlar vardır. Bu proqramların istifadə qaydalarını göstərən kitabçaları və sürətli öyrənmək dəstləri kimi tədris vasitələri mövcud olsa da, bir müəllimdən öyrənilənlərin yerini əsla tuta bilməzlər. Malik olduğunuz məlumatları, kiçik bir auditoriyaya çatdıraraq bəlkə də, gələcəkdəki böyük firmanızın təməllərini atmış olursunuz.
 
Avtomobil restoranlar ilə pul qazanmağın yolları
Ölkəmizdə də rast gəldiyimiz avtomobil restoranlarla bağlı 2012-ci ildə aparılan bir araşdırmaya görə 2017-ci ilə qədər bu sahənin, iqtisadiyyatda 2.7 milyard dollarlıq dövriyyəyə malik olacağı təxmin edilmişdir. Avtomobil restoran sayəsində bir çox artıq məsrəfdən qurtula bilər, yüksək manevr qabiliyyətinə malik olduğu üçün xüsusi günləri və həftələri dəyərləndirə bilərsiniz. Hətta, düzgün markaları seçib gigiyena qaydalarına riayet edərək müştərilərinizə təqdim edə bilsəniz, işlərinizi restoranlar şəbəkəsinə qədər böyüdə bilərsiniz. Bunun, ölkəmizdə və xaricdə şahid olduğumuz bir çox modeli vardır. 
 
Sərbəst şəkildə işləyərək pul qazanmağın yolları
Hazırda  bir çox firma, daimi işçilər yerinə freelancer adlandırılan müstəqil işçilər ilə və yaxud xidməti müqavilə əsasında çalışanlarla işlərini görürlər. İnternet dünyasında  sərbəst bir işçi olmaq üçün nələrə ehtiyacınız olduğunu, hansı sahələrdə bu işi görə biləcəyinizi və özünüzü necə inkişaf etdirəcəyinizi öyrənə bilərsiniz. Firmaların, layihələrini həyata keçirmək üçün bir çox işçiyə ehtiyacı vardır. Ancaq, hər layihənin fərqli işçilərlə həyata keçiriləcəyini bilən firmalar, müəyyən periodlarda bəzi işçilərin boşda qaldığını və firmaya artıq məsrəf olduqlarını gördülər. Bu səbəbdən, layihə əsaslı və xidməti müqavilə əsasında çalışanları böyük  bir nemət olaraq görən firmalar, vaxtaşırı olaraq ehtiyac olan vakansiyalar üçün elan veririlər. Qrafik-dizayner, yazıçı, video çarx hazırlamaq, excel layihələri və sosial mediya işləri freelance kateqoriyasına aid edilir.
 
Tərcüməçilik edərək pul qazanmağın yolları
Qloballaşan dünyada insanlar bir-birilərinə daha da yaxınlaşıb daha çox bənzəməyə başlarkən firmaların beynəlxalq miqyasda özlərini ifadə etməkdə ən böyük problemi xarici dillərdir. Firmaların, müştərilərə onlarla fərqli dildə xitab etməyini vacib qılan bu hal, tərcüməçilər üçün də əlverişli bir qazanç qapısı təşkil edir. Aparılan araşdırmalara görə, 2012-2022-ci illərdə tərcüməçi ehtiyacı 46% artım göstərərək inanılmaz bir həddə çatacaqdır. Bu səbəbdən hələ də gec deyil. Xarici dil öyrənərək və internetdə adınızı élan edərək yaxşı pul qazana bilərsiniz. Bu işi, əlavə iş kimi də görə bilərsiniz
 
İşçi təqib servisi  ilə pul qazanmağın yolları
Xüsusilə xarici ölkələrdə, yeni bir dəbə çevrilən işçi təqib xidmətləri, böyük həcmli firmaların işçilərini effektiv bir şəkildə təqib edə bilməməsindən yaranmış və ehtiyacı fürsətə çevirən bir fürsətdir. Firmaların, işçilərinin sosial mediyada keçirdikləri zamanı, nəqliyyat vasitəsini idarə etmə müddətlərini, işə giriş-çıxış vaxtlarını, hətta işdə verilən fasilələri də hesablayaraq performans qiymətləndirməsi hazırlayan sistem sayəsində, standartlara cavab verməyən işçilər müəyyən edilə bilir. Bu sistem sayəsində, firmaların performanslarını xeyli miqdarada artıra biləcəyi bildirilir. Bunun səbəblərindən biri də məhsuldar  olmayan işçilərin müəyyən edilməsi ilə yanaşı, orta və yüksək məhsuldarlıqla işləyənlərin də performansının bir üst səviyyəyə yüksəlməsi olmuşdur.
 
Səyyar qadın salonları ilə pul qazanmağın yolları
İnkişaf edən texnologiya və səhiyyə xidmətləri sayəsində insanlar, keçmişə nəzərən daha uzun ömür sürürlər. Bunun nəticələrindən biri də hazırda, daha çox yaşlı insanın yaşamasıdır. Aparılan araşdırmalara görə, yaşlı nüfus davamlı artacaq və hər keçən il, bir öncəki ilin rekordunu yeniləyəcəkdir. Bu vəziyyəti, fürsətə çevirən bir firma, müştərilərin evlərinə gedən səyyar qadın salonu xidməti verir. Xüsusiilə, yaşlı baxıcılığı ilə məşğul olan firma, müştərilərinə, saç baxımı, manikür-pedikür və sağlam qalmaq üçün xidmətlər verir. Artan müştəri potensialını nəzərə alsaq, bu xidmətin uğursuzluğa düçar olacağına.ehtimal verilmir.
 
 
Tərcümə etdi: Rəşadət Hidayətov

ŞƏRH YAZIN