Yeni İş Qurmaq İstəyən Şəxslər Üçün

0
6046
Yeni İş Qurmaq İstəyən Şəxslər Üçün

Öz işinizi qurmaq istəyirsiniz, ancaq daha sonrakı addımda nə edəcəyinizi bilmirsiniz? Məhz sizlər üçün ən yaxşı iş fikrini necə müəyyənləşdirməyinizlə əlaqəli məsləhətlər...
İnsanların bir çoxu iş qurmanın sirrli bir müddət olduğunu düşünür. İş qurmaq istədiklərini bilirlər ancaq atmaları lazım olan ilk addımlardan əmin ola bilmirlər.
 
Başlamazdan əvvəl bir nöqtəni dəqiqləşdirək: insanlar hər zaman iş fikirlərini nə zaman həyata keçirəcəkləri ilə əlaqədar qərarsızlıqlar yaşayırlar.Həqiqət isə pis zaman deyə bir müddətin olmamasıdır. İnsanların iqtisadiyyatın möhkəm olduğu dövrlərdə iş qurmasının müəyyən səbəbləri var. Pulları var və xərcləmənin yollarını axtarırlar. Ancaq iqtisadiyyatın çətin  və ya naməlum olduğu dövrlərdə hərəkətə keçmək daha məntiqlidir. Dərsinizi yaxşı çalışsanız tələb də yarada bilərsiniz. İnsanların bir çoxu çətin və ya qeyri-müəyyən dövrlərdə yeni bir iş qurmaq istəməyəcəyi üçün sizin biznes asanlıqla fərqlənəcək.
Hər kəsin kritik olan ilk addımı atmamaqla bağlı səbəbləri var. İnsanların bir çoxu başlamaqdan qorxur; qeyri-müəyyənliklər və ya uğursuzluqdan, hətta müvəffəqiyyətdən çəkinir. Digərləri sıfırdan başlamaq məcburiyyətində olduğunu düşünür və daha əvvəl heç kimin ağılına gəlməmiş bir yenilik tapmağa çalışır. Başqa bir ifadəylə desək təkəri yenidən kəşf etməyə çalışırlar.
Bill Gates və ya Steve Jobs deyilsinizsə, təkəri yenidən icad etməyə çalışmaq zaman itkisindən başqa bir şey olmayacaq. Bu suallara cavab tapın: "Necə bu məhsulu və ya xidməti daha yaxşı hala gətirə və ya fəqləndirə bilərəm?"  Və ya sadəcə "Bazar payı alma şansım var mı?"
 
Yaradıcılığınızı hərəkətə keçirin
Fikir tapma prosesini necə başlaya bilərsiniz? Əvvəlcə bir kağız götürün və ən üstə "haqqımdakılar" yazın. Özünüzlə əlaqəli beş və ya yeddi şey yazın. Edərkən zövq aldığınız şeyləri və ya müvəffəqiyyətli olduğunuz sahələri yaza bilərsiniz. Siyahınızda bunlar ola bilər: "İnsanlarla aram yaxşıdır, dolanıram, uşaqları sevirəm, kitab oxumağı xoşlayıram, rəqəmləri sevirəm, marketinq anlayışları sahəsində bacarıqlıyam, problemləri həll edirəm" və s. Məntiqli olması lazım deyil, yalnız ağılınıza gələnləri yazın. Siyahınızı yazdıqdan sonra yazdıqlarınızı nömrələyin.
Kağızın digər tərəfinə da müvəffəqiyyətsiz olduğunuzu düşündüyünüz və ya etməkdən xoşlanmadığınız şeyləri yazın. Marketinq anlayışları mövzusunda müvəffəqiyyətli ola bilərsiniz ancaq insanlarla ünsiyyət qurmaqdan və ya səyahət etməkdən xoşunuz gəlməyə bilər. Ətraflı düşünməyin, yalnız yazın. Hansı məhsulların və ya xidmətlərin həyatınızı asanlaşdıracağını, sizi daha məhsuldar və ya qazanclı edəcəyini və ya sizə daha çox zaman qazandıracağını düşünün.
Daha sonra eyni sualları iş həyatınıza tətbiq edin. İş həyatınızla əlaqədar sevdiyiniz və sevmədiyiniz şeyləri və eyni zamanda insanların sevdiyiniz və sevmədiyiniz xüsusiyyətlərini düşünün. Son olaraq da niyə bir iş qurmaq istədiyinizi düşünün və siyahınızı gözdən keçirin.
İşdə bir ehtiyacı görmək və bu ehtiyacı qarşılamaqla əlaqədar bir hekayə. Bundan illər əvvəl California əyalətinin Irvine şəhərindəki iş ərazisində demək olar fast-food restoranı yox idi. Restoranların çoxu şəhərin qarşı tərəfində yerləşirdi. Irvinedə çalışan iki gənc adam günorta yeməyinin qıcıqlandırıcı olduğunu düşünürdü çünki münasib qiymətə yemək sayı olduqca az idi. Təbii ki, mərkəzdə yemək sahələri vardı ancaq park sahələri çox kiçik idi və gözləmək can sıxıcıdır.
Bir gün günorta yeməyi məsələsilə əlaqədar şikayət edərkən birinin ağlına işıqlı fikir gəldi. İki gənc birləşib bir çox insanın etmədiyi bir şeyi etməyə qərar verdilər. Yemək paylanması işinə başladılar.
Bu zamana qədər 15 milyondan çox insana xidmət etdilər. Tapdıqları fikir nə orijinal, nə də kompleks idi. Rəqabət artmış olsa da hələ də çox yaxşı iş görürlər. Və bütün bunlar bir-birlərinin şikayətlərini dinlədikdən və problemi həll etmək üçün bir şey etməyə qərar verdikdən sonra ortaya çıxdı. Qısa müddət olan günorta yeməyi zaman baxımından bir çox adamın ən böyük problemi idi. Bəzilərinin müddəti cəmi 30 dəqiqə idi və bu zaman aralığında çölə çıxmaq, günorta yeməyini yemək və geri dönmək az qala qeyri-mümkün idi. Nəticədə bu gənc sahibkarlar də bu ehtiyacı qarşılaya biləcəklərini düşündülər və hərəkətə keçdilər.
İş fikri tapmanın yollarından biri budur - öz istəklərinizi (və ya iş yoldaşlarınızın, ailə üzvlərinizin və ya qonşularınızın) dinləyin. Fürsətlər hər yerdə var; etməniz lazım olan tək şey isə araşdırmaq və öyrənmək.
 
İlham verən anlar
Klassik daha bir hekayə: kirayəyə götürdüyünüz DVD-ni gec təslim etdiyiniz üçün əlavə pul ödəmək məcburiyyətində qaldınız mı? Amerikalı sahibkar Reed Hastings, videonu gec qaytardığı üçün 40 dollar ödəmək məcburiyyətində qaldığında cin atına mindi və ağlına bir fikir gəldi. Məhz həmin o gündən sonra Netflix.com adlı online DVD icarəsi xidməti ortaya çıxdı. 1999-ci ildə qurulan Netflix bu gün gəliri 1.3 milyard dollar olan böyük bir şirkət halına gəldi.
Gözünüzü dörd açsanız möcüzəvi iş fikirləri tapa bilərsiniz. Bir çox yerli sahibkar Starbucks konsepsiyasını yaşadıqları yerlərə uyğunlaşdıraraq tonlarla pul qazanır.
Sınanmış və təsdiqlənmiş fikirləri nəzərdən qaçırmayın. Hər hansı bir fikri alaraq zamana və cəmiyyətə uyğunlaşdırmağa çalışa bilərsiniz. Hər hansı bir anlayışa öz yaradıcılığınızı da qata bilərsiniz. Düzü hər hansı bir anlayışı uyğunlaşdırmaq elə də seçim edilən bir variant deyil. Ancaq müvəffəqiyyətli olmaq istəyirsinizsə bir tələb.
İş fikrinizin müvəffəqiyyətli olub-olmayacağına qərar vermənin ən yaxşı yollarından biri də tanıdığınız insanlarla danışmaqdır. Bu bir iş fikriysə, iş yoldaşlarınızla və həmkarlarınıza danışın. Fikirlərinizi ailəniz və ya dostlarınız ilə bölüşün. İnsanların fikrinizi oğurlamasından qorxmayın. Bütün detalları vermək məcburiyyətində deyilsiniz yalnız ümumi konseptdən bəhs edin.
 
Sadəcə edin!
Özünüz üçün doğru olan iş fikri beyninizdə formalaşmağa başlamışdır. Unutmayın ki, iş qurmaq gözünüzdə böyütdüyünüz qədər çətin deyil. Bir çox insanın düşündüyü kimi kompleksli və ya qorxuducu da deyil. Ancaq addım-addım və məntiqli olması lazım olan bir prosesdir. İlk addım olaraq nə etmək istədiyinizə qərar verin. Nə etmək istədiyinizə qərar verdikdən sonra insanlarla müzakirə aparın və soruşun: "Bu məhsulu və ya xidməti ala bilərsiniz mi/istifadə edirsiniz mi və bu məhsul və ya xidmət üçün nə qədər ödəyərsiniz?".
Bunu yadınızdan çıxartmayın, ətrafınızdakı insanların bir çoxu sizi dəstəkləməyəcək, hətta cəsarətinizi qıracaqlar. Bəziləri sizə yaxşı şanslar diləyəcək və yalnız nəticələri görmək istəyəcək. Bəziləri cəsarətinizə görə sizi qısqanacaq və sizə əsəbləşəcək. Neqativ kəslərin sizi fikirinizdən döndürməsinə, işinizin başlamadan bitirməsinə əsla icazə verməyin!
Özünüz üçün doğru olan işə qərar verdikdən sonra səbirli olmanız lazımdır. Öz işinizi qurmaq üçün çıxdığınız bu yolda heç olmadığı qədər çox "xeyr" eşidəcəksiniz. Üzərinizə götürməyin, xeyrlərə fikir verməyərək başqa kəslərlə yolunuza davam edin çünki nəticədə "bəli" deyən bəziləri qarşınıza çıxacaq.
Duyacağınız ən məşhur narahatlıqlardan biri də risk olacaq. Hər kəs sizə iş qurmağın çox riskli olduğunu söyləyəcək. Təbii ki, riskli ancaq həyatın özü də risk deyil mi? Ayrıca ağılsız, axmaqca risklər və hesablanmış, planlı  risklər arasında fərq vardır. Etdiklərinizi diqqətli bir şəkildə düşünsəniz, ehtiyac olduğunda kömək alsanız və sual verməkdən əsla imtina etməsəniz  risklər azalacaq.
Risk narahatlığının sizi durdurmasına icazə verməyin. Özünüzdən niyə və nəyi risk etdiyinizi soruşun və riskinizi qiymətləndirin. Nələrdən imtina edirsiniz? İşlər pis gedərsə nələr itirə bilərsiniz? Evinizi, ailənizi və ya sağlamlığınızı riskə atmayın. Özünüzə bu sualı verin: "İşlər tərs gedərsə bu ankı vəziyyətimdən daha pis hala gəlir bilərəm mi?". Tek itirəcəyiniz bir az zaman, enerji və pulsa o zaman riskə gedə bilərsiniz.
Nə istədiyinizə qərar verməniz ilk addımdır. Qarşınızda etməniz lazım olan bir çox iş və araşdırma var. Ən əhəmiyyətlisi: Bir şey edin. Təxirə salmayın və hərəkətə keçin.
 
 
 
 
 

Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN