Diqqət: bunları edirsinizsə, işdən qovulacaqsınız!

0
2255
 Diqqət: bunları edirsinizsə, işdən qovulacaqsınız!

Ən yaxşı kadrları da işdən çıxarırlar. Çünki bəzi pis vərdişləri bəzi yerlərdə qəbul etmirlər. Bu səbəbdən aşağıda qeyd olunan məqamlara diqqət yetirin.


Vacib zənglər

Əgər vacib zəng qəbul etməli, yaxud onlayn konferensiyada iştirak etməlisinizsə, bunu sakit bir yerə keçərək edin. Qaynayan çaynikin səsi, evdəki səs küy, dostların yığıncağı sizin nüfuzunuzu heç edə bilər. Ən yaxşısı belə vəziyyətlərdə üzr istəyib, sonradan sakit bir yerdə zəng etməkdir.


Stress biruzələri

Sizin stresiniz üzə vurmamalıdır və işdə sizə problem yratmamalıdır. Psixoloq Haydi Hanna deyir ki, stress zamanı neqativ enerjiniz ətrafdakıların iş məhsuldarlığına mənfi təsir edir. Stresə əsir düşməyin, özünüzü ələ alın.


Dilə nəzarət

Həyatdan bir hadisə:

Direktorların görüşməsindən sonra “Francesca’s” geyim satışı firmasının maliyyə direktoru Cin Morfis görüşmədən o qədər razı idi ki, öz sevincini “Twitter”də bölüşmüşdü: “Şura toplantısı. Yaxşı rəqəmlər = xoşbəxt direktorlar”. Onu dərhal işdən azad etmişdilər. Səbəb isə hələ bütün investorlara xəbər verilməmiş gizli informasiyanın yayılması olmuşdu.


İclas

Aktivlik – sizin ikinci adınızdır. Fikirlərinizi söyləyin, ideyalar verin, yaxud sadəcə söhbətin içində olun, həmkarlarınızın gözünə baxın. Əks halda, sizin heç nə vecinizə olmadığını düşünəcəklər.


Telefon

“WORKS by Nicole Williams”ın redaktoru Cill Caçintonun sözlərinə görə, sizin şəxsi məsələlərinizi işdə kimsə bilmək məcburiyyətində deyil və etik cəhətdən düzgün deyil.


Qida

İş yerində yemək yemək etik deyil. Əgər nahara özünüzlə yemək gətirmisinizsə onu yaxşı olar ki, yeməkxanada yeyəsiniz. Əks halda, həmkarlarınız tədricən sizdən bezəcək. Sonrasında da nə olacağını bilmək olmaz.

 

ŞƏRH YAZIN