Bu peşələr iş düşkünü xəstəliyi yaradır

0
2179
Bu peşələr iş düşkünü xəstəliyi yaradır

Paytaxt şəhərlərdə yaşayanların gələcək qayğısı onların özünü işinə daha çox həsr etməsinə və nəticədə "iş düşkünü" xəstəliyinə yoluxmasına səbəb olur. Bu xəstəlik müalicə edilməzsə, həyatı bir kabusa çevirər.

Psixoloji problem olaraq qiymətləndirilən bu xəstəlik, əsasən, beyin gücü ilə iş görənlərdə daha çox rastlanır. Dünyada bu narahatlığa ən çox yoluxan peşə qruplarının başında jurnalistka və birjaçılıq durur. Müasir dövrün xəstəliyi olaraq bilinən və böyük şəhərlərdə yaşayan insanlarda daha çox rast gəlinən "iş düşkünü" xəstəliyinin səbəbi isə insanın gələcək qayğısıdı. İnsan gələcək qayğısı ilə özünü işinə həsr edərkən, ailə üzvləri və  ətrafındakı digər insanlarla maraqlanmır.

Mütəxəssislərə görə, bu xəstəliyə daha çox kişilər yoluxur. Bunun səbəbi isə kişilərin qadınlardan fərqli olaraq, işdən başqa özlərinə vaxt ayıra bilməmələridir. Harvard universitetində aparılan araşdırmaya görə, bu xəstəlik daha çox beyin və zehinlə görülən işlərdə ortaya çıxır. Bunun səbəbi isə fiziki enerji ilə görülən işlərin bədən enerjisi tükəndiyində sona çatmasıdır.

Ölüm riski və az miqdarda maaş almalarına rəğmən, qəza yerlərinə getməkdən qorxmayan jurnalistlər "iş düşkünü" xəstəliyinə yoluxanlar sırasında başda gəlir. Jurnalistlərlə yanaşı, birjaçılar da daha çox iş haqda düşündükləri üçün bu xəstəliyə yoluxurlar.

"İş düşkünü" xəstəliyinin daha çox rastlandığı peşələrdən biri də kompyuter proqramçısıdır. Günün 20 saatını kompyuter qarşısında keçirən proqramçı az yuxudan sonra yenə iş başına qayıdır.

Xəstəliyin əsas əlamətləri ertəsi günün işini düşünmək, əsəbilik, hər şeyə nəzarət etmək halı, özündən başqasının işi yaxşı görməyəcəyini düşünmək, gecə yatmaq yerinə, işlə bağlı riskləri düşünmək, ailə əlaqələrinin qopmaq həddinə çatması, heç kimdən kömək almamaq, iş yoldaşlarından başqa heç kimlə görüşməmək istəyidir.

Bu xəstəliyin müalicəsi də mümkündür. İnsanın bu xəstəliyi qəbul edərək psixoloji müalicə alması lazımdır. Bəzi insanlar bu xəstəliklərini boynuna almadıqları üçün müalicə almır və nəticədə ailəsində yaşanan problemlər ucbatından çıxılmaz bir hala düşür.  

 

ŞƏRH YAZIN