Əməkdaşlar üçün ən vacib 8 nüans

0
2097
Əməkdaşlar üçün ən vacib 8 nüans

İşçilərin öz işinə vicdanlı münasibət bəsləməsi, əmək etikası və əməkdaşların motivasiyası əməkhaqqıya əsaslanır. İnsanların həqiqətən də biznesin gələcək taleyinin qeydinə qalması üçün, səkkiz elementin olması vacibdir.  Onlar bunların hamısını sizdən gözləyir.

Azadlıq

Ən yaxşı idarəetmə yanaşmaları çox gözəl nəticələr verir, amma heç də hər tapşırıq əla praktika və mikro-menecment tələb etmir. Fəaliyyət müstəqilliyi və azadlıa insanlarda loyallıq, məmnuniyyət və təmin olunma hissi yaradır. Həmçinin də baxışların genişliyi və rəngarəngliyi innovasiyalara gətirib çıxarır. Hətta istehsalatda və mürəkkəb biznes-proseslərində də işdə yeni yanaşmalara yer verməyə dəyər. Bütün mümkün olan hallarda, əməkdaşlara icazə verin ki, onlara rahat olan tərzdə işləsin, çünki məhz belə olduqda onlar işi ən yaxşı formada icra edir.    

Məqsədlər

İstənilən insan təkcə özü ilə rəqabət apararsa, gec-tez mövqeyini itirər. Sizin məqsədiniz olanda, hətta ən adi, təkrarlanan bir tapşırıq da məna kəsb edir.  Məqsədsiz iş isə ― sadəcə yararsız bir fəaliyyətdir.  

Missiya

Biz hamımız istəyirik ki, möhtəşəm, əsrarəngiz nəyinsə bir hissəsi olaq. Elə bir nə isə ki, onu «ən mükəmməl», «ən sürətli», «ən keyfiyyətli» adlandırsınlar. Bu bizə müvəffəqiyyət hissi bəxş edir.

Qoy əməkdaşlar bilsin ki, siz biznesdə nəyə nail olmaq istəyirsiniz, siz işlədiyiniz sahə üçün və müştəriləriniz üçün nə etmək niyyətindəsiniz.  Əgər şərait imkan verərsə, onda qoyun ki, əməkdaşlar özləri bəzi missiyaları müəyyən etsinlər. Insan o zaman işə tam cəlb olunur ki, o bilsin ki nəyin qayğısına və nəyə görə qalmaq lazımdır. 

Gözlənti

Istənilən bir işdə insanlara təkcə fəaliyyət azadlığı deyil, həmçinin də müəyyən bir çərçivə lazımdır. Yəni bu çərçivə konkret bir situasiyada sizin işçidən nə etməyi gözləməyiniz ilə bağlı olmalıdır.  Məsələn, əgər siz bu gün əməkdaşı çatdırmanı gecikdirmək ilə bağlı danlayırsınızsa, lakin keçən həftə həmin müddət norma hesab edilirdisə, onda siz bu zəhmətkeşi itirməklə risk edirsiniz.

Yəqin ki, heç nə işçiləri taqətdən salma baxımından, rəhbər tərəfindən tez-tez, ani şəkildə dəyişən gözləntilər qədər güclü və üzücü ola bilməz. Standartlar dəyişəndə əmin olun ki, ilk növbədə əməkdaşlar bundan xəbərdar olsun, onlara bu barədə məlumat vermək lazımdır. Əgər siz yenilikləri öncədən açıqlaya bilmirsinizsə, onda əməkdaşa həmin situasiyanın özəlliyini və niyə məhz belə hərəkət etmənizin səbəbini izah edin. 

Ümumi işə töhfə

Hər bir kəsin ideyaları və təklifləri ola bilər. Əgər əməkdaşlarınızı heç bir müzakirə olmadan istənilən ideyaları harada-gəldi demək, təklif irəli sürmək imkanından məhrum etsəniz, onda sizin işçilər bir robota çevriləcək. Robotlar isə bildiyiniz kimi, hissiyyatsız məxluqlardır.     

Elə şərait yaradın ki, orada təklifləri bildirmək asan olsun. Əgər ideya zəifdirsə, onun zəifliyinin səbəbini izah etməyə vaxt tapın. Siz heç də bütün ideyaları həyata keçirə bilməzsiniz. Lakin irəli sürdüyü ideyalar sayəsində əməkdaşın öz dəyərini hiss etməsi, məhz sizin imkanlarınız daxilindədir.   

Ünsiyyət

Əməkdaşlar əməkhaqqı əvəzinə işləmir, onlar insanlar ilə və insanlardan ötrü işləmək istəyirlər. Bir neçə xoş söz deyin, ailəyə dair bir neçə sual verin, əməkdaşın hər hansı bir ehtiyacının olub-olmaması ilə maraqlanın ― bütün bunlar daha vacib addımlardır, nəinki formal görüşlər və qiymətlər.

Ardıcıllıq

Əksər insanlar rəhbərliyin irad, danlaq və qınaqlarına dözməyə hazırdır, lakin bu o vaxta qədər davam edir ki, bütün əməkdaşlar narazılıqlar qasırğasından əziyyət çəksin. Elə ki, hər şeyə görə bir nəfər cavab verməli olur, onda vəziyyət dəyişir.  

Sizin insanlara yanaşmanız fərdi, lakin eyni zamanda həm də ədalətli olmalıdır.  Bu işdə ən başlıca səriştə- ünsiyyətdir. Əməkdaşlar sizin davranışınızın motivini nə qədər yaxşı başa düşərlərsə, sizi kiməsə rəğbət bəsləməkdə, ya da əksinə kimisə qara siyahıya salmaqda bir o qədər az təqsirləndirirlər.

Gələcək

Istənilən bir iş insanlara müəssisənin daxilində ya da ondan kənarda nəyəsə nail olmaq perspektivləri vəd etməlidir. Məsələn əksər hallarda tələbələr təhsil müddətini başa vurana qədər müəyyən şirkətdə çalışır. Siz əvvəlcədən gənc bir zəhmətkeşin getməsi ilə barışa bilər, ya da növbəti işində ona gərəkli olacaq bilik və bacarıqların inkişaf etdirilməsinə vaxt da ayıra bilərsiniz. Hətta bilsəniz ki, bu şirkət başqası olacaq. 

Əgər siz ilk olaraq, əməkdaşların qayğısına qalsanız, onlar da sizin biznesin qayğısına qalacaq. 

 

ŞƏRH YAZIN