Ən populyar kişi peşələri

0
1936
Ən populyar kişi peşələri

Bu yazımızda kişilərin hansı peşələrə daha çox yönəlmələrindən söz açacayıq. Zaman kişi peşələrinin prestijinə dəyişikliklər əlavə edib.


Məsələn, bir vaxtlar kimyaçı olmaq dəbdə idi, müxtəlif maddələr öyrənilirdi, sınaqlar aparılırdı, eliksirlər hazırlanırdı. Bu peşənin təmsilçiləri böyük populyarlığa malik idilər və cəmiyyətdə hörmətlə qarşılanırdılar. Ümumiyyətlə elmlə məşğul olmaq bir zamanlar çox dəbdə idi.

Yüzilliklər keçdi, siyasət və vəzifə kişilər arasında daha çox populyarlıq qazandı və bu günə qədər də əksər siyasi vəzifələr məhz kişilərə həvalə olunmuşdur. İncəsənətdə də kişilər özlərini göstərə biliblər. Kişilər rəssam, musiqiçi, mügənni, yazıçı və sair bu kimi peşələrə yiyələnirlər.

Yüksək maaşlı və buna görə də prestijli sayılan peşələrə hüquqşunas, iqtisadçı, vəkil, bank işçisi, menecer, özəl klinikada həkim, mühasib aid edilir. Kompüter texnologiyaları ilə bağlı işlər də kişilər arasında yayılmışdır.

Bu sahədə ən geniş yayılmış “proqramçı” peşəsidir. Proqramçı telekommunikasiya sahəsində yenilikləri irəli sürür, innovasiya əlavələrini hazırlayır, bankomatların, POS-terminalların və digərlərin proqram təminatını hazırlayır və quraşdırır. Bu sahədə iş hal-hazırda çoxdur. Proqramçı bu peşənin ümumi adıdır. Bura veb-proqramçı, 1C proqramçısı, müxtəlif dillərdə işləyən proqramçılar və sair aid ola bilər.

Ölkənin ən sayılıb seçilən restoranlarında şef-aşbaz peşəsi də kişilərə olduqca yaraşır. Deyilənlərə görə kişilər mətbəxdə bütün ürəklərini ortaya qoyurlar və bu səbəbdən onların bişirdikləri xüsusi dada malik olur və ən məşhur aşbazlar da məhz kişilərdi. Aşbaz – hərtərəfli bir peşədir. Aşbaz həm iqtisadçı (istifadə olunan məhsulların hesablanması), həm rəssam (masaya verilən yeməyin xarici görünüşünün hazırlanması), həm mexanik (mətbəx avadanlıqlarından anlayışı olmalıdır) olmalıdır. Aşbaz kimə ne yedizdirəcəyini bilir və kaloriy hesablamalarını aparır. Kişilər bu işlərin öhdəsindən daha yaxşı gəldiklərinə görə onlardan aşbaz “əla” çıxır.

Belə bir fikir var ki, ən yaxşı stilistlər məhz kişilər olur. Onlar yaxşı saç ustası və vizajistlər olurlar. Stilist həmçinin düzgün geyinməyə, qarderobu yığmağa kömək olur. Stilist vaxt itkisinə yol vermir, siz sadəcə istədiyiniz formanı, rəngi və ölçüləri verirsiz və stilist sizin yerinizə hər bir şeyi həll edir. Bu peşə müasir həyatda prestijlidir və böyük iş adamları, mügənni və kino ulduzlar məhz stilistin köməyi ilə özlərinə imic yaradırlar. Kişi stilistlər daha dürüst öz işlərini yerinə yetirirlər, qadınlar başqalarını həvəssiz bəzəyirlər.

Həmçinin “əsl kişi” peşələrinə aiddir: FHN xilas edici, yanğın söndürən, hərbiçi, güc strukturları təmsilçisi, dənizçi. Formada kişi qadınların həmişə zəif nöqtəsi olmuşdur və olmaqdadır.
 

ŞƏRH YAZIN