Ən yaxşı rəhbər olmağın 5 əlaməti

0
2099
Ən yaxşı rəhbər olmağın 5 əlaməti

Yaxşı rəhbər işçilərini düzgün idarə edən, iş saatını düzgün planlaşdıran və ən yüksək nəticəyə nail olan biridir.


Eşric biznes məktəbinin pedaqoqu Rocer Delvs komanda ilə effektiv idarəetmə barəsində fikirlərini bölüşüb. Məsləhətlər olduqca effektivdir.


Prioritetlər

Delvs prioritetləri düzgün müəyyən etməyinizi məsləhət bilir. Delvs əməkdaşların xırda xahişlərindən, kiçik məsələlərdən və sair bu kimi məsələlərdənsə, iş gününün başlanğıcından ciddi işlərlə məşğul olmağa sizə məsləhət bilir. Vaxtınızı dəqiq planlaşdırın və sizi uğur mütləq tapacaqdır.


Səlahiyyətlərin paylanması

Rəhbər işçilərin bəzi səlahiyyətlərinin digər rəhbər işçilərə, əməkdaşlara verilməsidir. Delvs bunu şiddətlə məsləhət bilir.

Bu hal güclü motivasiya verir. Əməkdaşların biliklərini qiymətləndirməyə sizə kömək olur. Əməkdaşlar qarşısında ümumi işlər yox, dəqiq məqsədlər durur. Bununla da əməkdaşlarınızı inkişaf etməyə məcbur etmiş olursunuz.


Məsləhətçi

Yaxşı rəhbər “işləri korlayan” yox, məsləhətçi olmalıdır. Lakin qiymətli biliklərinizi sağa sola səpələməyin. Əməkdaşların inkişafı üçün mühit yaratmağa çalışın. Qulaq asın, dolayı suallar verin, kömək edin, əməkdaşlarınız stimullaşdırın. Onlar sizin simanızda bir idol görməlidirlər.


Qulaq asmaq

Qulaq asmaq – böyük bir bacarıqdır. Öyrənsəniz əvəzolunmaz rəhbər olacaqsınız. Aktiv olun, əməkdaşların müraciətlərinə biganə qalmayın. Çalışın əməkdaş sizinlə söhbətdən sonra otaqdan ruhlanmış və yeniliklərə can atan olsun.


X və Y

ABŞ sosial psixoloqu Duqlas Mak-Qreqo hələ 1960-cı illərdə X və Y nəzəriyyəsini ortaya qoymuşdur. Bu nəzəriyyəyə əsasən bir qrup insanlar yaşamaq və qazanmaq üçün işləyirlərsə (X), digər qrup insanlar işləmək, öz potensialını reallaşdırmaq üçün yaşayırlar (Y). Bu qrup əməkdaşları tanımağı öyrənin. Kimə böyük işləri həvalə etmək olduğunuzu, kimə isə nəzarət etməli olduğunuzu bilin.

 

ŞƏRH YAZIN