Hər kəs sevdiyi işlə məşğul olmaq istəsə də, bu bəzən hər kəsə nəsib olmur. Hətta sevdiyin məşğuliyyəti belə sevmədiyin bir mühitdə etdikdə bu səni zamanla yora bilir. İş yerindən çox şey asılıdır. Bu simptomlar isə artıq gəmini tərk etməli olduğunuzu göstərir.
İşdən çıxmaq haqqında ərizə yazmaq üçün 9 səbəb:
1. Siz heç cürə yuxudan qalxa bilmirisniz. Ayağa qalxmaq üçün sizə hər dəfə daha 10 dəqiqə lazım olur. Sonra daha bir 10 dəqiqə.
2. İşdə olarkən sizin heç bir aşkar səbəb olmadan fiziki ağrılar hiss edirsiniz (sizin təhtəlşüurunuz artıq işə başlayıb)
3. Siz məktublara və telefon zənglərinə cavab vermək istəmirsiniz. Əgər cavabsız qoyduğunuz zəng və məktubların sayı 20-yə çatır, bu onu göstərir ki, sizin getmək vaxtınızdır.
4. Siz tam başa düşmürsünüz ki, sizin əməkhaqqınız nədən asılıdır.
5. Hansısa səbəbdən siz ofisdəki digər adamlar ilə üz-üzə gəlməkdən qorxursunuz.
6. Bu işdə qaldığınız müddətdə siz özünüz üçün heç bir əlavə dəyər yaratmırsınız. Özünüzə bir "biznes" kimi baxın: bu biznesin dəyəri artırmı? Mən investisiya fondu yaradanda, öz fondumu satmaq üçün mütləq 6 illik əmək müqaviləsinə imza atmalı olduğum faktı mənə göstərdi ki, mən öz "biznesim" üçün heç bir əlavə dəyər yaratmıram.
7. Siz arıqlamaq üçün nəzərdə tutulan həblər satmaq haqqında düşünməmisiniz? Ağlı başında olan heç bir adam bu işə baş qoşmaz.
8. Kimsə sizə qışqırır. Siz uşaq deyilsiniz və qışqırmaq təhqiredicidir. Heç kəs, heç zaman sizə qışqırmalı deyil. Amma bu praktikanı tərgitmək çətin olacaq, əgər siz insanların sizin üstünüzə qışqırmağına öyrəşmisinizsə.
9. Ofis intriqaları haqqında düşünmək daha çox vaxtınızı alır, nəinki işdə yaxşı nəticələrə nail olmaq yolları haqqında düşünmək. Heç zaman korporativ şayiələrə aludə olmayın. Heç bir halda.
Korrektor: Əliyeva Aynur