Hələ Də İş Tapmamısansa Neqativ Düşünmə

0
2428
Hələ Də İş Tapmamısansa Neqativ Düşünmə

1) Özünüzə hər vəziyyətdə icazə verin.

İş axtarma müddəti uzandıqca əhvalınız korlana və uğursuz olduğunuza dair düşüncələr ağlınızdan keçə bilər. Əgər pis bir gün yaşayırsınızsa, özünüzə bir az zaman verin. Amma özünüzü bir girdaba qapdıracaq qədər uzatmayın. Pis düşüncələri beyninizdən təmizləyin. 

2) İdman edin.
 
Hər hansı fiziki bir məşq endorfin (xoşbəxtlik hormonu) ifraz etmənizi təmin edər. 20 dəqiqəlik bir gediş, yoqa, velosiped, nə olduğu fərq etməz. Nizamlı etməniz kafidir. 

3) Daxili səsinizə nəzarət edin.
 
Davamlı ağlınızda gəzən "bunu belə etsəm, bəlkə iş tapardım ya da nə qədər tənbəl bir insanam, nə qədər şansızam" kimi səsləri yox etməyə çalışın. Bunlar tamamilə həqiqətə uyğun deyil və sizin əhvalınızı pozur.

4) Özünüzə daha yaxşı suallar verin.
 
Bu gün necə getdi? Bu müsahibədə mənim etdiyim ən yaxşı şey nə idi? Bu danışmadan nə kimi dərslər çıxara bilərəm? Bu həftə etdiyim ən əhəmiyyətli iş nə idi? Bu və bunlar kimi suallar sizi irəliyə daşımağa köməkçi olar. Bu sualların cavabı düşüncələrinizi müsbət istiqamətə çevirə bilər. Və beləcə sizi doğru hərəkətlərə istiqamətləndirər.

5) İdarə edə bilməyəcəyiniz şeylər üçün stresə girməyin.
 
Əgər pis bir hava olacaqsa, stresə girmənin bir mənası yoxdur. Çünki sizin edə biləcəyiniz iş yoxdur. Yalnız hava durumu yağışlıdırsa, çətir köməyinizə çatar. Tam bu nümunədəki kimi, iqtisadi şərtləri ya da ölkənin iqtisadi vəziyyətini siz düzəldə bilməzsiniz. Buna görə əlinizdə olmayan şeylər üçün özünüzü sıxmayın.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN