Hüquq Xidməti Üzrə Təcrübə Proqramı

0
3838
Hüquq Xidməti Üzrə Təcrübə Proqramı

Əziz Gənclər “AZƏRHÜQUQ MƏRKƏZİ” MMC hüquqi xidmətlər üzrə təcrübə proqramı elan edir. Qəbul olunmuş namizədlər peşəkar hüquqşünasların zəngin təcrübəsindən faydalanaraq, hüquqşünas peşəsinin sirlərinə yiyələnəcək və nəzəri biliklərini praktikada tətbiq edəcəklər.  Təcrübə müddəti ərzində fərqlənən namizədlər daimi işlə təmin olunacaqlar. 

 
İştirakçıların təcrübə proqramından öyrənəcəkləri:
 
- Müxtəlif hüquqi sənədlərin hazırlanması 
- Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi 
- Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq 
- Müvafiq məlumat bazası yaratmaq 
- Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək 
- Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması və digər.
 
 
İştirakçıların təcrübə proqramından qazanacaqları:
 
- İş təcrübəsi
- Referans məktubu
- NLP Master Trainer Babək Bayramovun təqdimatında “NLP Diploma Sertifikat Proqramı”nda ödənişsiz iştirak və sertifikat əldə etmək imkanı. 
- Daimi iş yeri imkanı
 
Proqramın müddəti 2 aydır.
 
Təcrübə proqramına qəbul müsabiqə yolu ilə həyata keçirilir.
 
Maraqlanan şəxslər CV-lərini iyulun 1 qədər “Hüquq məsləhətçisi”  başlığı ilə nlpcenterbaki@gmail.com  elektron ünvanına göndərə bilərlər.O tarixdən sonra göndərilən CV-lərə baxılmayacaq.
 
 
 

ŞƏRH YAZIN